"II Qarabağ müharibəsi iştirakçısı Kamil Məmmədov iddiaları təccüb doğurur, əsassız və ağ yalandır"-RƏSMİ AÇIQLAMA
24-08-2022, 15:56

“İki aya yaxındır ki, məni döyən polislərin cəzalandırılmasını tələb edirəm. Əvəzində, Daxili İşlər Nazirliyi özümü günahkar çıxarmağa çalışır.”
Bunu II Qarabağ müharibəsi iştirakçısı Salyanın Varlı kənd sakini Kamil Məmmədov Toplum TV-yə açıqlamasında deyib. O bildirib ki, iyunun 24-də səhər saatlarında işə gedərkən onu yoldan tutaraq Salyan Rayon Polis İdarəsinə aparıblar. Orada döyülüb, sonra da şöbənin rəisinin iş otağında olan icra başçısının qarşısına aparılıb. İcra başçısı isə onu təhqir edib.
Qeyd edək ki, videomüraciət sosial şəbəkədə yayandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov öz sosial şəbəkə hesabında DİN adından çıxış edərək yazıb ki, keçmiş döyüşçüyə 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib. Bununla yanaşı qazi Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib:
“ Şikayəti araşdırılıb, təsdiqini tapmayıb, ancaq şikayətlərini davam etdirdiyi üçün şöbəyə dəvət olunub. Onunla söhbət aparıldıqdan sonra ərizə yazaraq heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilib, əksinə, diqqət və hörmətlə yanaşılıb”.
DİN sözçüsünün bu açıqlamasından sonra qazi deyir ki, kəndin kənarında 12 sot torpaq və əlavə olaqraq əkin sahəsi verilib, amma həmin ərazini əkib becərə bitmir.
Kamil Məmmədovun icra başçının onu hədələməsi ilə bağlı da heç bir subut ortaya qoyulmayım. Qazinin yersiz iddialarına
Salyan rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov hadisələrin təhrif olduğunu söyləyib.
"II Qarabağ müharibəsi iştirakçısı Kamil Məmmədov rayon rəhbəri və yerli məmurlar tərəfindən həmişə hörmətlə qarşılanıb işlə təmin olunub, ona torpaq sahəsi də ayrılıb. Bundan başqa Kamil Məmmədova rayon mərkəzində yerləşən Baytarlıq Şöbəsində iş də verilib, 80 manat veteran təqaüdü də təyin edilib. Ancaq iş yerinin uzaq olması və maaş onu qane etməyib. Amma onun belə şər, böhtan dolu iddialarla çıxış etməsi təccüb doğurur. İcra başçısının onu təhqir etməsi ilə bağlı dediklərinə gəlincə isə əsassız və ağ yalandır”, deyə icra başçısının müavini Rəşad Cəbrayılov bildirib.Paytaxt.org