ABŞ-da şok casus olayı - Keçmiş hərbçi Rusiyaya gizli məlumatları ötürürmüş

30-09-2022, 08:21           
ABŞ-da şok casus olayı - Keçmiş hərbçi Rusiyaya gizli məlumatları ötürürmüş
ABŞ Ədliyyə nazirliyi Birləşmiş Ştatlar ordusunun keçmiş mayoru Ceymi Li Henri və onun həyat yoldaşı həkim Anna Qabrielyana qarşı hərbi xəstələrin məxfi tibbi məlumatlarını Rusiyaya ötürməkdə ittiham olunduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Li Henri və Anna Qabrielyanın Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra Rusiyaya casusluq etməyə başladığı üzə çıxıb. Onlar Rusiya hökumətinə “hökumət və ABŞ ordusu ilə əlaqəli insanların sağlamlıq vəziyyəti haqqında təsəvvür əldə etməkdə” kömək göstəriblər


Anna Qabrielyan

Avqust ayında cütlük Rusiya məmuru olduğu düşünülən, lakin əslində gizli FTB agenti olan bir adamla görüşüb. Əslən erməni olan Anna Qabrielyan həmin agentlə söhbətində “vətənpərvərlik ruhunun onu Rusiyaya istənilən yardımı göstərməyə sövq etdiyini, bunun üçün işdən qovulmaq və ya həbsxanaya düşməkdən çəkinmədiyini” söyləyib.

Ceymi Li Henri

Həmin şəxs ABŞ-ın Ukrayna əsgərlərinə keçdiyi hərbi təlimlər barədə məlumatlara malik olduğunu, bu savaşda Rusiyaya üstünlük verdiyini və hətta Rusiya ordusunda könüllü vuruşmaq barədə düşündüyünü deyib.

Cütlüyün hansı cəzaya məruz qalacağı hələlik məlum deyil.

Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.