Quş qripi İspaniyada ilk, Avropada ikinci dəfə insanlarda aşkarlanıb

5-10-2022, 11:43           
Quş qripi İspaniyada ilk, Avropada ikinci dəfə insanlarda aşkarlanıb
İspaniyanın Qvadalaxara şəhərində quşçuluq fermasının işçisi quş qripinə yoluxub.

Bu barədə məlumatı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və İspaniya Səhiyyə Nazirliyinin Xəbərdarlıq və Fövqəladə Hallar Koordinasiya Mərkəzi açıqlayıb.

Həmin şəxsdə quş qripi virusu 27 sentyabrda aşkarlanıb və o, karantinə alınıb.

Simptomları olmayan xəstənin qısa müddətdə vəziyyəti mənfiyə doğru dəyişib.

İspaniya Səhiyyə Nazirliyinin rəsmiləri testi neqativ çıxan xəstənin virus yükünün zəif olduğunu və simptomlarının olmadığını bildiriblər.

Avropada ikinci, İspaniyada isə ilk dəfə quş qripinin insanlarda müşahidə edildiyi bildirilib. Avropada ilk dəfə 2021-ci ilin dekabrında Böyük Britaniyada eyni hal qeydə alınıb.

Qeyd edək ki, H5N1 adlanan quş qripi ilk dəfə 1990-cı illərin sonlarında Çində aşkarlanıb.

ÜST-nin məlumatına görə, 2003-cü ildən quş qripi diaqnozu qoyulan 864 nəfərdən 456-sı (52 faizi) həyatını itirib.

Mənbə: Anadolu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.