Ukrayna ordusu Donetskə girə bilər - Ekspert

6-10-2022, 09:02           
Ukrayna ordusu Donetskə girə bilər - Ekspert
Donetskdə xüsusi problem yoxdur - orada rus qoşunları mövcud deyil. Rus qarnizonları əsasən sənaye rayonlarında cəmləşib. 2022-ci ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Donetsk yaxınlığındakı yüksəkliklərə çatıb və mümkün olsa, qoşunlar şəhərə daxil ola bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Jdanovun sözlərinə görə, Donetsk və Donbasın digər böyük şəhərlərinin azad edilməsi üçün iki variant var:

"Biz şəhərlər arasında hərəkət edə, sadəcə olaraq şəhərləri mühasirəyə alıb düşməni təslim olmağa və ya mühasirəyə düşməmək üçün əvvəlcədən tərk etməyə məcbur edə bilərik. Çoxlu variant var. Yeganə sual Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarının və imkanlarının olmasıdır.

Bizim üçün əsas məsələ dövlət sərhədinə çatmaq və onu gücləndirməkdir ki, Ukraynaya başqa işğal cəhdlərini mümkünsüz edək. Və daxili nizamla, düşünürəm ki, biz bunu müəyyən edəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru