“Amazon” Ukraynaya 75 milyon dollarlıq dəstək verəcək - FOTO

2-12-2022, 11:54           
“Amazon” Ukraynaya 75 milyon dollarlıq dəstək verəcək - FOTO
“Amazon Web Services” (AWS) şirkəti və Ukrayna arasında 2023-cü il üçün əməkdaşlıq üzrə memorandum imzalanıb.

Memoranduma əsasən, şirkət Ukraynaya dəstək məqsədilə 75 milyon dollar verəcək.

Bu barədə Ukrayna Baş nazirinin müavini, rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib.

O bildirib ki, tammiqyaslı müharibənin başlanğıcında AWS ölkənin rəqəmsal infrastrukturunun qorunub saxlanılmasına kömək edən ilklər şirkətlərdən olub.

“Şirkət 100-ə yaxın dövlət reyestrinin saxlanması üçün milyonlarla dollar dəyərində xidmətlər göstərib. Bu da reyestrlərə hətta Rusiyanın zərbələri altında və elektrik enerjisinin kəsildiyi zamanlarda belə işləməyə imkan verdi. Həmçinin ukraynalılara dövlət xidmətlərini onlayn rejimdə almağa da şərait yaratdı”, - deyə Fedorov qeyd edib.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru