“Global Firepower”: “Ukrayna dünyanın ən güclü 15 ordusundan biridir”

6-01-2023, 12:08           
“Global Firepower”:
ABŞ-ın “Global Firepower” analitikləri tərəfindən hazırlanan dünyanın ən güclü ordularının illik reytinqində Ukrayna 145 ölkə arasında 15-ci yerdə qərarlaşıb.

"Report" UNIAN-a istinadən xəbər verir ki, əvvəlki reytinqin nəticələrinə görə bu ölkə 22-ci, 2020-ci ildə isə 27-ci yerdə olub.

Ekspertlər reytinqi tərtib edərkən hərbi hissələrin sayı, maliyyə vəziyyəti, maddi-texniki imkanlar və digər aspektləri nəzərə alaraq hər bir ölkənin qiymətləndirilməsini müəyyən etmək üçün 60-dan çox ayrı-ayrı amildən istifadə ediblər.

Reytinqin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Şimali Koreya, Pakistan, Yaponiya, Fransa və İtaliya qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru