Rusiyada həbs təhlükəsi ilə üzləşmiş azərbaycanlı qadına niyə şər atılır? - AKTUAL

8-01-2023, 00:02           
Rusiyada həbs təhlükəsi ilə üzləşmiş azərbaycanlı qadına niyə şər atılır? - AKTUAL
“Rusiyanın Surqut şəhərində yaşayan xanım həmyerlimiz, üç azyaşlı uşaq anası Məmmədova Raya Sabir qızı ilə bağlı mövzunu ictimailəşdirməyimiz daha çox onun vəkili, Surqutdakı Azərbaycan diasporunun sədr müavini olan Amil Abbasovu narahat etməyə başlayıb”. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri jurnalist Məhəmmədəli Qəribli özünün Facebook hesabında yazıb.

O bildirib ki, nə qədər qəribə olsa da, Amil Abbasov Raya Məmmədovanın vəkili olsa belə, onun həbs edilməsinə hamıdan çox çalışır, hətta bununla bağlı Rusiya mediasında publik çağırışlar da edir. “Amil Abbasov Raya Məmmədova ilə sanki anti-Azərbaycan fəaliyyəti göstərən bir qurumla, təşkilatla mübarizə apardığı kimi davranır. İndi də bu işə “Xan Qızı Natəvan Rüsiya Azərbaycan Qadınları İçtimai Birliyi” adlı qurumu da qoşub. Həmin qurumun rəhbəri kimi özünü təqdim edən Könül Abbasova və təşkilatın digər üzvləri Raya Məmmədova barədə sosial şəbəkələrin Azərbaycan seqmentində dezinformasiyalar tirajlayırlar. Hətta ən utanveeici metoda əl ataraq, güya Raya Məmmədovanın anasının erməni olduğuna dair məlumatlar yayırıar”.

Jurnalist bildirir ki, Raya Məmmədovanın atası Tovuzdan, anası isə Qərbi Azərbaycandan olan təmiz türklərdir. “Bunu sübut edən, sənədi də paylaşıram. Raya Məmmədovaya məxsus doğum haqqında şəadətnamədə onun valideynlərinin milli mənsubiyyətinə tam aydınlıq gətirilir. Başqa bir faktı deyim. Onların məntiqi ilə Rayanın dayısı da erməni olmalıdır.

Fotoda gördüyünüz onun dayısı yeganə oğlunu bu Vətən üçün şəhid verib. İndi “Natavan” klubu gedib şəhid atasına erməni dediyinə görə hüquq müstəvisində və cəmiyyət qarşısında cavab verər. Rusiyaya bağlı olan bu adamların və oradakı diaspor təmsilçimiz Amil Abbasovun bir qadını bu dərəcədə ləkələməkdə hansı marağı ola bilər? Darıxmayın, artıq maslalarınız tam çırılır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.