Naxçıvanda Vasif Talıbovun evinin qarşısında insident: Polislə jurnalistlər… – VİDEO

8-01-2023, 00:10           
Naxçıvanda Vasif Talıbovun evinin qarşısında insident: Polislə jurnalistlər… – VİDEO
Vasif Talıbovla görüşmək, Naxçıvandakı son proseslərlə bağlı sujet hazırlamaq istəyən Bakıdan gedən jurnalistlərlə polis arasında insident baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Aygün Muradxanlı məlumat verib.

O, bildirib ki, Naxçıvanda onların material hazırlamalarına mane törədilib. Belə ki, 1 polis əməkdaşı və bir şəxs Aygün Muradxanlı, Heydər Oğuz və Tural Səfərovin olduğu avtomobilinin hərəkət etməsinə mane olub.

Jurnalistlər Naxçıvan Ali Məclsinin sabiq sədri Vasif Talıbovla görüşmək, ondan müsahibə və ya açıqlama almaq üçün sabiq sədrin yaşadığı evin önünə də gediblər.

Aygün Muradxanlı, “Vasif Talıbovla müsahibə üçün evinə gəldik. Sonrası… çox aqressiv. Talıbovun mühafizəçiləri görüşə imkan verməmək üçün cənfəşanlıq göstərirdi”, – deyə qeyd edib.

Həmin görüntüləri təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.