Ukrayna savaşı İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası yaradıb

9-01-2023, 12:44           
Ukrayna savaşı İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası yaradıb
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası ilə nəticələnib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilib.

“7,9 milyondan çox insan ölkəni tərk edib, daha 5,9 milyon insan isə məcburi köçkün vəziyyətinə düşüb”, - Komissarlığının bəyanatında deyilir.

Bəzi rəqəmlərə görə, ümumilikdə fevralın 24-dən etibarən 17 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə gedib və təxminən 9,2 milyon qaçqın Ukraynaya qayıdıb.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru