Facebook qaydaları pozan yazıları siləcək

10-01-2023, 00:06           
Facebook qaydaları pozan yazıları siləcək
Facebook administrasiyası ölkənin eks-prezidenti Jair Bolsonaronun tərəfdarları tərəfindən Braziliyada təşkil edilmiş iğtişaşlara dəstək verən nəşrləri yığışdıracaq.

Bu barədə bazar günü Meta-nın sözçüsü Endi Stouna istinadən CNN məlumat yayıb.
Onun sözlərinə görə, “bu hərəkətləri dəstəkləyən və ya təsdiq edən məzmun silinəcək. Biz vəziyyəti izləyirik və siyasətimizi pozan yazıları silməyə davam edəcəyik”, – Facebook-un sözçüsü bildirib.

Xatırladaq ki, yanvarın 8-də sabiq prezident Bolsonaronun tərəfdarları ilə polis arasında toqquşma olub və ölkənin paytaxtında hökumət binalarında iğtişaşlar törədib. İlkin hesablamalara görə, iğtişaşlarda 5 minə yaxın insan iştirak edib. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün tüstü bombalarından və gözyaşardıcı qaz qumbaralarından istifadə edib. 400-dən çox adam saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru