Talıbov istefadan bir gün əvvəl… – Yeni videosu yayıldı

10-01-2023, 11:47           
Talıbov istefadan bir gün əvvəl… –
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov istefa verməmişdən bir gün əvvəl Bakı şəhərindən Naxçıvana qayıtmışdı.

AzToday.az TNS-ə istinadən xəbər verir ki, Vasif Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməmiş, xidməti maşını onu təyyarənin trapının yanında qarşılamamışdı.

O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçmişdi. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayaraq öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə aparmışdı.

Həmin günədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. O, ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. İstefasından bir gün əvvəl isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıtmışdı.

Vasif Talıbovun təbliğatını aparanlar bu informasiyanın yanlış olduğunu bildirirdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.