Soledara Rusiya, yoxsa Ukrayna nəzarət edir? - ABŞ açıqladı

12-01-2023, 11:42           
Soledara Rusiya, yoxsa Ukrayna nəzarət edir? - ABŞ açıqladı
Pentaqonda Donetsk vilayətinin Soledar şəhərinin ruslar tərəfindən ələ keçirilməsinə dair heç bir sübut yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

O bildirib ki, əvvəla, icazə verin, Soledarın kimdə olmasına dair sual edək:

"Biz şəhərin ruslarda olmasına dair məlumatı təsdiq edə bilmərik. Soledarda dinamik döyüşlər gedir və şiddətli mübarizə şəraitində ərazilərə nəzarət bir əldən digərinə keçir. Bütün diqqətimizi ukraynalıların öz suveren ərazilərini uğurla müdafiə etmək üçün lazım olan imkanları təmin etməyə cəmləmişik. Ukraynalı həmkarımla mütəmadi olaraq əlaqə saxlayıram".

Bundan əlavə, o, gələn həftə Almaniyada 50-yə yaxın ölkənin iştirak edəcəyi Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn formatında iclasının keçiriləcəyini xatırladıb:

“Biz nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.