Naxçıvan Dəmir Yolları MMC-nin mənimsəmədə şübhəli bilinən keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub

18-01-2023, 08:14           
Naxçıvan Dəmir Yolları MMC-nin mənimsəmədə şübhəli bilinən keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub
Naxçıvan MR Prokurorluğunda dövlət əmlakının vəzifəli şəxs tərəfindən mənimsənilməsi ilə bağlı cinayət işi açılıb.
Bu haqda prokurorluq özü məlumat yayıb. Məkumata əsasən, səhimləri dövlətə məxsus olan Naxçıvan Dəmir Yolları MMC-nin mənimsəmədə şübhəli bilinən keçmiş əməkdaşı Ramin Mirzəyev cinayət məsuliyyətinə cəlb olunub.
O, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsənilməsində ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi açılıb
İbtidai istintaqın davam etdirildiyi bildirilir.
Gündəlik Naxçıvan
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru