Qarabağda ən azı 20 ton qızıl ehtiyatı var

18-01-2023, 08:47           
Qarabağda ən azı 20 ton qızıl ehtiyatı var
İşğaldan azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb.

Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, “Söyüdlü” qızıl yatağında 112,5 ton resurs olub.

Həmçinin “Vejnəli”də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, “Dəmirli” yatağında 457 min ton mis, “Qızılbulaq” yatağında 13,7 ton qızıl olub: “Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.