Canlı yayımda partlaması qeydə alınan təyyarədən heç bir uşağın cəsədi tapılmır

18-01-2023, 11:28           
[img]https://teref.az/uploads/posts/2023-01/1674017931_1.jpg[/img
Xilasedicilər Nepalda təyyarə qəzasında ölən uşaqların cəsədlərini tapa bilmirlər.

Sərnişinlərin siyahısından belə məlum olur ki, təyyarədə dörd azyaşlı - 12 yaşından kiçik bir uşaq və üç körpə olub. Onların hamısı Nepal vətəndaşı olub.

Yerli polisin məlumatına görə, onlar yanmış ola bilərlər.

Artıq ölən 22 nəfərin cəsədi müəyyən edilərək yaxınlarına təhvil verilib.

Xatırladaq ki, Nepalın "Yeti Airlines" aviaşirkətinin Katmandudan Poxaraya uçan ATR 72 təyyarəsi yanvarın 15-də eniş edərkən qəzaya uğrayıb. Təyyarədə olanların hamısı həlak olub.

Qeyd edək ki, sərnişinlərdən bəziləri qəza anında canlı yayım apardığından, sosial şəbəkələrdə uçuşun son anlarının kadrları yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru