İstefa verən polkovnikin atası PA-da bu yüksək vəzifəli şəxs imiş (FOTO)

18-01-2023, 19:25           
İstefa verən polkovnikin atası PA-da bu yüksək vəzifəli şəxs imiş (FOTO)
Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu ərizə yazaraq vəzifəsindən ayrılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, vəzifəsindən istefa verən Fərid Əliyev yüksək vəzifəli şəxsin oğludur. Belə ki F.Əliyevin atası Əlibaba Əliyev Sabunçu Rayonu İcra hakimiyətinin keçmiş başçısıdır. O, hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.
F. Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun 36 yaşı var.
Qeyd edək ki, Fərid Əliyevin işdən çıxması haqda ilk məlumatı Qafqazinfo.az saytı yayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru