Ölkənin ən aparıcı 7 elmi institutunda 30 yaşadək heç bir elmlər doktoru yoxdur

19-01-2023, 09:14           
Ölkənin ən aparıcı 7 elmi institutunda 30 yaşadək heç bir elmlər doktoru yoxdur
Ölkənin ən aparıcı 7 elmi institutunda 30 yaşadək heç bir elmlər doktoru yoxdur
Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin(FRTEB) 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim olunur.
Bu bölmə 7 elmi institutu (Riyaziyyat və Mexanika, İT, Fizika, İdarəetmə Sistemləri, Radiasiya İnstitutu və s. ) , 1700-dən çox əməkdaşı, təxminən 1000 elmi işçini əhatə edir.
Akademik Rasim Əliquliyev hesabatla bağlı təqdimatında görülən işləri, problemləri və təklifləri qeyd etdi.
Diqqətimi cəlb edən bəzi məqamlar :
1. Bu bölmə, yəni 7 elmi institut üzrə 30 yaşadək heç bir elmlər doktoru yoxdur, cəmi bir fəlsəfə doktoru var
2. Bu bölmə üzrə 40 yaşadək yalnız 4 elmlər doktoru var
3. Google Akademik deyir ki, bu bölmə üzrə bir alimə olan istinadların sayı cəmi 29 olub
4. Bu bölmə üzrə xaricdə dərc olunan elmi məqalə sayı üzrə orta məhsuldarlıq bir alim üzrə ildə
2 məqalə olub
5. SCOPUS və WoS bazası üzrə 2 ildə hər bir alimin 1 məqaləsi dərc olunub.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru