"Tərtər işi"nə görə həbs olunmuş polkovnik barəsində ibtidai istintaq bitib - DETALLAR

19-01-2023, 16:41           
"Tərtər işi"nə görə həbs olunmuş polkovnik barəsində ibtidai istintaq bitib - DETALLAR
"Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş polkovnik Vüsal Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

TEREF.AZ bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, ittiham olunan şəxs barəsində toplanmış materiallar yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.

İş üzrə həbs olunmuş digər şəxslər barəsində ibtidai istintaq davam edir.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru