"Sülhməramlılar kriminal "avtoritet"ləri Qarabağdan "Ural"la çıxarıb..." - Ermənistan KİV

20-01-2023, 12:09           
"Sülhməramlılar kriminal "avtoritet"ləri Qarabağdan "Ural"la çıxarıb..." - Ermənistan KİV
"Laçın dəhlizi bağlandıqdan sonra bundan öncə Ermənistandan Qarabağa getmiş bir çox vətəndaş orada qalıb və hələ də Ermənistana qayıda bilmir... Bizə məlumat verdilər ki, həmin günlərdə tanınmış kriminal "avtoritet"lər: "Noratus" ləqəbli Alik Banduryan və onun qardaşı Ara Banduryan, onların ətrafındakılar, “yaxşı qardaşlar” və s. də blokadada qalıb"

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu məlumatı bu gün səhər saatlarında Ermənistanın "Hraparak" qəzeti yayıb.

Erməni nəşri daha sonra yazır:

"Bizə dedilər ki, həmin "avtoritet"lər bəzi sənəd məsələlərini həll etmək üçün Qarabağa gediblər. Amma təxminən bir həftə əvvəl blokadadan çıxmağa nail olublar. Bu işdə onlara Rusiya "sülhməramlı"ları kömək edib və onları Qarabağdan hərbi "Ural" avtomobili ilə çıxarıb dağlardan, dərələrdən Ermənistana keçiriblər".

Nəşrin məlumatına görə, erməni kriminallar özləri ilə Ermənistandan Qarabağa gəlmiş başqa şəxsləri də aparıblar.

"Banduryanlarla bərabər "Noratus" qardaşlarının yaxın dostu və "komanda" yoldaşı sayılan “Tarzan” ləqəbli Çarentsavanlı gənc də olub. Bir neçə gün əvvəl polis onun haqqında məlumat yayıb və “Tarzan”ın “yoldaşları” ilə yanacaqdoldurma məntəqəsinə soxulub kameraları sındıraraq, nalayiq sözlər səsləndirdiyini bildirib. Bundan sonra məhkəmə zalında çəkilmiş video yayılıb. Bu, polislər tərəfindən döyülməsi nəticəsində onurğa beyni zədəsi almış həmin Tarzan olub"- erməni qəzeti belə yazır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.