ABŞ Şimali Koreyadan Rusiyaya silah ixracı ilə bağlı məlumatları BMT-yə təqdim edib

21-01-2023, 10:25           
ABŞ Şimali Koreyadan Rusiyaya silah ixracı ilə bağlı məlumatları BMT-yə təqdim edib
Amerika Birləşmiş Ştatları BMT-nin sanksiya komitəsinə Koreya Xalq Demokratik Respublikasından (KXDR) Rusiyaya silah tədarükünü özündə ehtiva edən məlumatları təqdim edib.

“Report”un verdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Daha əvvəl qeyd etdiyimiz kimi, KXDR-dən silah ixracı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu pozuntuları Təhlükəsizlik Şurasında qaldırmağa davam edəcəyik”, - ABŞ rəsmisi əlavə edib.

Bundan əvvəl Kirbi brifinqdə bəzi peyk şəkillərini təqdim edib. Həmin fotolarda KXDR-dən Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinə silah tədarükü nümayiş olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.