Divarlarınız möhkəmdirmi? - Ekspert izah edir

17-02-2023, 10:35           
Divarlarınız möhkəmdirmi? - Ekspert izah edir
Türkiyədə baş verən zəlzələ nəticəsində təkcə Türkiyədə 7 minə yaxın bina dağılıb. Bu hadisədən sonra Azərbaycanda da binaların keyfiyyəti ilə bağlı suallar ortaya çıxdı.

Ekspert Ramil Osmanlı deyir, paytaxt Bakıda da kifayət qədər binanın tikilməsində təhlükəsizlik normaları qorunmayıb. Bu isə baş verə biləcək təbii fəlakətin zərərlərini bir qədər də artırır:

"Yeni Yasamal, Həzi Aslanov metrolarının üstü, Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişmələri və s. bu ərazilərdə xaotik tikintilər var. Bu binaların seysmik davamlılığı heç, adi bir qəza nəticəsində bu binaların hamısı uçaçaq. Bu isə insan təlafatının sayını artıracaq."

Ekspert deyir, istismar müddətini başa vurmuş binalarda konstruksiya dəyişikliyinə daha çox rast gəlinir. Bu da həmin binaların keyfiyyətini daha aşağı salır:

"Bu binalar beton monolitli deyil, bir-birinə keçirmələrdən ibarətdir. Bu binaların 1-ci mərtəbələri də iaşə obyektlərinə çevrilib ki, bu zaman da onların betonlarına konstruksiya dəşikliyi olur. Bu da təhlükəni daha da artırır."

Bəs, keyfiyyətli tikinti materialını necə seçmək olar? Tikinti materialları bazarında həm söhbət olduğumuz satıcılar müsahibəyə razılıq verməsələr də, deyirlər, keyfiyyətli armaturu keyfiyyətsizindən ayırd eləmək çətin deyil. Keyfiyyətli armaturun ştampı olmaldır, bundan başqa tikintidə paslı armaturdan istifadə edilməməlidir, beton sütunların inşasındasa diametri daha qalın armaturdan istifadə edilməlidir.

Kərpicə gəldikdə, satıcı deyir, rəngi tünddürsə, daha keyfiyyətlidir. Çöl divarlarda blok kərpiclərdən, daxili divarlarda 8, 10, 13-lük kərpiclərdən istifadə edilməlidir.

Ekspert Ramil Osmanlı da deyir, binaların keyfiyyətini kustar üsulla yoxlamaq elə də çətin deyil:

"Əgər betona mismar girirsə, bu binanın betonunun keyfiyyətli olmamasından xəbər verir. Daha sonra betonu cızmaq lazımdır, o zaman da binanın keyfiyyətini bilmək olar."

Bəs, tikintidə təhlükəsizlik, keyfiyyət qaydalarına necə riayət olunur? Bu sualla FHN-ə müraciət etsək də, qurum suallarımızı iş çoxluğundan cavablamaqdan imtina etdi.

Amma bugünlərdə FHN rəsmisi son illər tikilən evlərin daha keyfiyyətli olduğunu bildirmişdi.

Qeyri-rəsmi rəqəmlərə görə, paytaxt bakıda təkcə 11min istifadə müddətini bitirmiş, 150-ə yaxın isə qəzalı vəziyyətdə olan bina var. Ekspertlər isə deyir, bu binaların zəlzələyə davamlılığı demək olar ki, yoxdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.