Evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi məlum oldu

19-02-2023, 20:28           
Evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi məlum oldu
Evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi məlum oldu
Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri ehtimal olunur.

Hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.
Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.
Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru