Süni zəlzələ törətmək mümkündürmü? – Qurban Yetirmişlidən açıqlama

20-02-2023, 00:04           
Süni zəlzələ törətmək mümkündürmü? –
“Harada zəlzələ baş verirsə, süni zəlzələ ehtimalını dilə gətirənlər olur. İnsanları çaşdırmaq, öz siyasi məqsədləri üçün bunları edənlər olur”.

Teref.az xəbər verir ki, bunu “Kaspi”yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

“Süni zəlzələ ilə təbii zəlzələ seysmoqramda fərqlənir. Məsələn, tədqiqatlarımızda təbii zəlzələlər öz yerində, eləcə də sənaye partlayışları olanda, onları da qeydə alırıq, onların gücünü də veririk. Bilirik ki, bu partlayışdan dolayı olan silkələnmədir, bu isə təbii zəlzələ. Zəlzələni bilməyən adamlar ortaya elə ehtimal atırlar”, deyə Qurban Yetirmişli bildirib.

“Sovetlər dövründə Qazaxıstanda SSRİ-nin poliqonu var idi. Yer altında nüvə silahlarının sınağını həyata keçirirdilər. Silahlardan asılı olaraq fərqli gücdə təkanlar hiss edilirdi. Çox dərində olmadığına görə 5-6 bal gücündə zəlzələ əmələ gəlirdi. Ağacı yıxmaq, maşını çevirmək gücünə malik olurdu. Bu həmin ərazidə olurdu, orda da hiss edilirdi. Müasir dövrə gəlincə, tektonik silahlar var, zəlzələ ocaqlarına enerji buraxıb həmin zəlzələni tezləşdirməyin mümkün olduğunu deyirlər. Amma bir məsələ var, sən neçə kilometrlərdən hansısa əraziyə bu enerjini necə buraxa bilərsən? Metro xətti deyil ki, gəlib o silah bu əraziyə dəysin, burda zəlzələ yaratsın”, deyə baş direktor əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.