Kimyəvi silah, diri-diri yandırma, zorlama və erməni-gürcü “qardaşlığı” ARAŞDIRMA II Hissə
8-06-2016, 18:24
teref.az cavan araşdırmaçı Şahin Qocayevin erməni vəhşilikləri və insanlığa qarşı törətdikləri cinayətlərin araşdırmasını təqdim edir!
Jurnalist Lavrenti Amşentsi Vağarşak Kosyandan aldığı müsahibə zamanı ermənilərin Suxumiyə hücum zamanı kimyəvi vasitələrdən istifadə etməsi kimi önəmli məsələlərə çox ustalıqla toxunur: “İndi isə ən xoşa gəlməyən bir şey. Mən bu yaxında Suxumidə oldum və erməni batalyonunun olduğu yerin marşrutun göstərməyi xahiş etdim. Deməli mənim bələdçim mənə yolu göstərdi və böyük dəhşətlə ermənilərin odsaçandan istifadə etdiklərini və hər yeri yandırdığlarını danışdı. Hətta dedi ki, erməni batalyonun olduğu yerdə bir canlı pişik belə qalmayıb.”
“...Dağıntılar digər rayonlarda oldugu kimi idi. Amma bizdə odsaçanlar yox idi. Bizdə “şmellər” (“şmel”lərin özləri də kiçik odsaçan hesab edilir- Q.Ş) vardı. Əgər rəqib evdə oturursa əlbəttə ki ,onu məhv etmək lazımdır. Bəli “şmelin” təsirindən ev də yana bilər, divarlar da dağılar... Biz həqiqətən düşmənə dəhşətli hücum edirdik. Bir dəfə bizə Aşağı Yaştuxda Gürcüstan ordusunun xüsusi təyinatlıları bizə atəş açırdılar. Haradasa bir gün yarım biz irəlləyə bilmədik. Onları yarımdairəvi yerdə əlimizdə saxlıyırdıq, amma önə keçə bilmirdik. Bu zaman biz hiylə işlətdik. Biz qumbaraatan mərmisini Bİ-58-lə (bitgilər üçün kimyəvi preparat- Q.Ş) doldurduq... Mən bir bölmədə 20-ə yaxın qumbaraatan və “şmelllər” qoymuşdum. PTUR (Tank əleyhinə idarə olunan raket) da var idi... biz bunların hamısı ilə bir yerdə atəş açdıq. Əlbəttə ki, səs çox qorxunc idi! Bizdə olan məlumata görə, gürcülər orada 150 nəfərdən ibarət olub...” — deyə Vağarşak Kosyan cavab verir.
Suxuminin ələ keçirilməsi zamanı kimyəvi silahlardan istifadə və yerli əhaliyə qarşı aparılan xüsusi qəddarlıq Şvernadzeyə tabe olan ordunun da şərqə geri çəkilməsinə səbəb oldu. Buna baxmayaraq, ayrı-ayrı gürcü dəstələri özlərini müdafiə etməyə davam edib. Seperatçı komandanlıq hücumu əsas istiqamətə yönəldərək, batalyonu Gülprişi ələ keçirən Vağarşak Kosyana həvalə edir. Bölmələri müxtəlif istiqamətlərə göndərən Kosyan qısa zamanda ermənilərin məskunlaşdığı bütün yaşayış məntəqələri ələ keçirir və gürcü kəndlərini yandırırdı.
Batalyon qətliamların geniş vüsət aldığı Qulripşi rayonunda daha da fəal iştirak edib. Gürcü tarixçisi Ş.Tetvadze “Qulripşidəki eşidilməmiş ölüm və vandalizm faktlarının 90-95 %-i Baqramyan batalyonunun və Qulripşinin erməni sakinlərinin vicdanında” olmasını qətiyyətlə bildirir.
Şahid Samuşiya Nato İonovna: “1993- cü il sentyabrın 29-da biz getdikdən sonra erməni batalyonu kəndə soxuldu, bizim evimizi yandırdılar, orada qalan uşaqları, qadınları, qocaları öldürdülər...”
Araşdırmalara görə, Baqramyan batalyonun əlində Gülprişdə yaşayan gürcülərin siyahısı olub. Siyahıya görə, ermənilər gürcülərə sadiq əhalini məhv etməyə başlayıb.
“…1993-cü il sentyabrın 30-da silahlı ermənilər daxil oldular… 1930-cu ildə anadan olmuş Samuşiya Valerianı, Suxumi rayonunun Şroma kəndindən gələn 55 yaşlı Qadeliya Yurini, 75 yaşlı Zarandiya Çuçunu, 50 yaşlı Samuşiya Volodyanı, onun bacısı 65 yaşlı Samuşiya Lenanı, 65 yaşlı Samuşiya Xutunu, 30 yaşlı Samuşiya Lamarı, onun bacısı 32 yaşlı Samuşiya Leylanı, 70 yaşlı Çemiya Tini, Çemiya Lyubanın ailə üzvlərini: 70 yaşlı Çemiya Lyubanın özünü, onun qızını və iki nəvəsini; 80 yaşlı Samuşiya Katyanı, onun oğlu 67 yaşlı Samuşiya Abulini, onun həyat yoldaşı 65 yaşlı Samuşiya Eterini, 45 yaşlı Surtsumiya Murmanı, onun 8-9 yaşlı oğlunu, 70 yaşlı Kardava Şotanı, onun oğlu 45 yaşlı Kardava Lavexi, 75 yaşlı Darsaliya Tarası və onun oğlu 55 yaşlı Darsaliya Kukurini, 60 yaşlı Kvartsxeliya Şalikonu, 70 yaşlı Çxetiani Gedevanı, 70 yaşlı Arkaniya Arvelodini, onun 40 yaşlı gəlinini, 70 yaşlı Surtsumiya Şotanı, onun həyat yoldaşı Surtsumiya Lilini, 43 yaşlı Surtsumiya Ququlini, onun həyat yoldaşını, 44 yaşlı Bebiya Açikonu, 66 yaşlı Şeliya Muşnini, 68 yaşlı Mirtsxulava Şalikonu, 64 yaşlı Kalandiya Otarı, 64 yaşlı Kvaşilava Valerini, 90 yaşlı qoca qadın Çikovanini, onun gəlini 50 yaşlı Nununu, 70 yaşlı Calaqoniyanı, onun 65 yaşlı yunan həyat yoldaşını, 55 yaşlı Suduri Ladini, 50 yaşlı Latariya Biçikonu, onun 40 yaşlı qardaşı Latariya Qivini öldürdülər.” — deyə şahid Samuşiya Domenti İoseboviç xatırlayır.
Belə ki, Gülprişin Pşap kəndində yenidən toplanan erməni batalyonu İqnur çayı istiqamətində irəlləməyə başladı. Gürcülərin məğlubiyyətindən sonra isə, bölgənin hərbi strateji vəziyyəti daha da ağırlaşdı. Nəticədə, gürcülər Kutaisiyə geri çəkilməyə məcbur oldular. Çünki, devrilmiş prezident Zviad Qamsaxudiya Meqrellidə qiyam qaldıraraq 1993-cü il oktyabrın 2-də Şvarnadzeni devirmək məqsədilə hücuma başlayırdı. Bundan istifadə edən seperatçı rejim onlara qarşı son döyüş əməliyyatlarında iştirak edən zviadistlərlə ittifaq bağladı. Yeni “müttəfiqlərinə” etibar etməyən abxazlar İqnur çayı üzərində xeyli qoşun birləşmələri də saxladı. Həmin bölgə, erməni batalyonu həvalə edildi. Onlar 22 gün ərzində seperatçı rejimin İqnur çayı mənsəbində olan Qanmuxuri kəndində dayanaraq çayın bütün sahil xətlərini saxladılar.
Zviadistler seperatçılara xəyanət etməsələr də, tezliklə onlar sıradan çıxarıldı. Gürcü ordusu isə əhəmiyyətli dərəcədə döyüş qabiliyyətini itirdi və İqnur sahillərində aparılan atəşlərlə öz əməliyyatları məhdudlaşdırdı. Lakin əsas məsələ arxada qalırdı. Belə ki, Kodorun yuxarı və orta hissələri gürcülərin və svanların -ən döyüşkən gürcü etnoslarının- nəzarəti altında qalırdı. Svanlar həm də demək olar ki, əlçatmaz dağlarla əhatə olunan Lata kəndinə nəzarət edirdilər. Kəndə yalnız güclü gürcü dəstələri ilə müdafiə olunan iki avtomobil tunelindən keçərək yaxınlaşmaq mümkün idi. Kodor dərəsi inzibati olaraq bölgənin Gülpriş rayonuna daxil idi. Ermənilər müharibədən sonra, Abxaz bölgəsində əhalinin yarısını təşkil edirdi və ona görə də dərədən əks hücum olacağı təqdirdə Gülprişi qorumaq Baqramyan batalyonuna həvalə olundu. Abxazlar bu bölgəni də tərəddüd etmədən ermənilərə etibar etdilər.
Gülpriş bölgəsində seperatçı rejimin xüsusi dəstəyini qazanan ermənilər gürcülərin geri çəkilməsi ilə köməksiz qalan mülki əhalinin qırğınlarına davam edirdi. Şahid Roqava Lela Qriqoryevna olanları bu şəkildə xatırlayır: “… gürcülərlə sərt davranan ermənilərin mənim qonşum Baqaturini və Qaquanı güllələdiklərinin şahidiyəm. Ermənilər deyirdilər ki, gürcülər çoxalmamalıdırlar. Onlar Calaqoni Şalikonu, Calaqoni İrodini, Todua Şotanı, Çitaya Nodarı da öldürdülər, son dövrlərdə ailənin 7 yaşlı uşağını və dörd nəfəri diri-diri yandırdılar…”
Gülpriş, Ocamçir və Qalidə etnik təmizləmə əməliyyatları aparıldıqdan sonra, seperatçı lider Ardzinba 1993-cü ilin oktyabrın sonunda Kodor Dərəsinin nəzarətə götürülməsi barədə əmr verdi. Seperatçı qoşun birləşmələri arabir geri çəkilərək, yenidən əvvəlki “sərhəd”lərə qayıtmaqla kəndbə kənd mühasirəyə yaradaraq yavaş-yavaş dağlardan hərəkət edirdilər. 1993-cu ilin noyabr ayından Baqramyan Gülprişdən şimal-şərqdə yerləşən Cebelda dağ kəndinə dislokasiya edildi.
Yalnız ağır qış ayından sonra, 1994-cü ilin martında, Lata kəndinin ələ keçirilməsi üçün əməliyyat başlandı. Faktiki olaraq, iki qruplaşma fəaliyyət göstərirdi -əsas zərbəni Cebeldadan Kodor çayının sağ sahilləri boyunca hücuma keçən dəstələr vurdular. Burada seperatçıların digər bölmələri ilə birlikdə erməni batalyonu da döyüşüb. Ocamçir tərəfdən ermənilərə Aymara kəndindən çıxaraq Panan silsiləsindən keçən böyük abxaz dəstəsi də dəstək verirdi. Eyni zamanda iki istiqamətdə aparılan hücum- iki tunel ve yüksək dağlar istiqamətində- əlçatmaz görünən Latanı bir gecə ərzində ələ keçirməyə imkan verdi. Lata ələ keçirilən zaman ermənilərdən ölən olmasa da, daha sonra bölgədə xeyli sayda itgi veriblər.
“Lata istiqamətində bizim həqiqətən itkilərimiz oldu. Demək olar ki, Suxumi şəhəri azad ediləndə verdiyimiz itkilərə bərabər olub.” — deyə Vağarşak Kosyan xatırlayır.
Latanın ələ keçirilməsindən sonra, gürcülər Kodor çayının yuxarı axarı boyu sıxışdıldılar və onlar dərənin bu hissəsini 14 il ərzində əllərində saxladılar. Seperatçı lider ağır itgi verməmək üçün Kodor dərəsinin yuxarı hissəsinə hücum əmri vermədi. Münaqişəsi zonasına İqnur çayı və Kodor dərəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında saziş isə, 1994-cü il 14 may tarixində imzalanıb. Lakin “sulhməramlılar”ın yerləşdirilməsinə qədər (yayın ortalarına qədər) toqquşmalar davam edib.Yekun qarşudurma zamanı erməni batalyonuna Sergey Matosyan da başçılıq edib. O, bütün müharibə boyu abxaz dəstələrinə (xüsusilə, Qumist cəbhəsinin 1-ci briqadasının 2-ci motoatıcı batalyonuna) başçılıq edən yeganə erməni olub. Müharibənin sonuncu mərhələsində (1994-cü ilin 20 iyulunda) Baqramyan batalyonu bir neçə dəfə vacib döyüşlərdə iştirak edib.
Gürcüstan Xalq Cəbhəsi hərəkatının lideri Nodar Natadze müharibənin sonunda Baqramyan batalyonu haqqında maraqlı məlumatlar verir: “Baqramyan batalyonu çox vəhşilik törədib. Müharibə artıq başa çatırdı ki, gürcü partizanları ermənilərdən əsir götürüdü. O, ağladı və fəryad etməyə başladı. Gürcülər peşman olmuşdu və onu buraxmaq niyyətində idilər, lakin onun sinəsində bağlama gördülər. Açdılar və yırtılmış gürcü gözləri, kəsilmiş qulaqlar və burun aşkar etdilər. O, Baqramyan batalyonunun üzvü idi. Abxaziyada hər bir öldürülən gürcü üçün ermənilərə yüz dollar ödənilirdi və onlardan hər hansı bir öldürülən cəsədi təqdim edərkən sübut tələb edilirdi...”
Bütün bu vəhşiliklərin qarşısını almaq üçün gürcülər 24-25 may tarixində ermənilərə qarşı xüsusi əməliyyata başladı. Onlar, dağ silsilələri boyunca Kvabcara kəndi vasitəsilə manevr həyata keçirməklə kütləvi artileriya yağışından sonra erməni batalyonunu anidən ələ keçirməyə çalışdılar. Lakin, gürcülərin aşkar edilməsi ilə onlar geriyə dağlara çəkildilər. Bu əməliyyat nəticəsində ermənilər 6 nəfər itgi və 11 yaralı verdilər.
Faktiki olaraq, sülhməramlıların dərəyə gəlişinə qədər isə, Gülpriş ermənilərinin bir çoxu dağlara qalxır və döyüş növbələri çəkirdilər. Rusların gəlişindən sonra, Baqramyan batalyonunun şəxsi heyəti silahları təhvil verdi. Lakin, batalyon ləğv edilmədi. Hər zaman gürcülərin əməliyyata başladığı zaman erməni döyüşçüləri bir yerə cəmlənərək seperatçıların yanında oldular. Qudautda yerləşən Rus hərbi bazası da Baqramyan batalyonuna silah-sursat verməyə davam edirdi. Erməni batalyonu vahid bir hissə kimi 1998-ci il Qali, 2001-ci il Kodor dərəsində və 2008-ci ildə aparılan əməliyyatlarda iştirak edib.
Erməni batalyonu müharibədən sonrakı dövrdə zaman-zaman, əsasən də may 1998-ci ildə Qali rayonunda baş verən əməliyyatlar zamanı gürcülərin kütləvi şəkildə deportasiyasını reallaşdırıb. Bəzi məlumatlara görə, erməni batalyonu artıq 30 min gürcüyə Qaliyə giriş qadağası qoyub, 50 dinc sakin öldürüb və təxminən 2 min evi yandırıb. 10 may 1998 ci ildə Abxaziyada 6 günlük müharibə zamanı (20–26 May 1998) aparılan hərbi əməliyyatlarda Mziurinin inzibati binalarının birində qarşıdurma başladı. Hücum zamanı heç kim yaralanmadı. Prime-News agentliyi məlumatına görə, hücumun erməni batalyonun üzvləri tərəfindən həyata keçirildiyi bildirilib. Gürcüstanın rəsmi məlumatlara görə, Baqramyan batalyonu de-fakto seperatçı rejim tərəfindən nəzarət edilən Qali mahalına xüsusi cəza əməliyyatları üçün göndərilib. Baqramyanın növbəti aktiv fəaliyyəti 2001-ci ildə Gülprişin çeçen döyüşçüsü Ruslan Gelayevdən qorunması və 2008-ci il avqust müharibəsində gürcülərə qarşı döyüşlərdə iştirakı olub.
Nəticədə, 1992-1993-cü illərdə hər iki erməni batalyonunda döyüşən ermənilərin dəqiq sayını müəyyənləşdirmək çox çətindir. Batalyona sonradan gələnlərin sayı da az olmayıb. Lakin, əminliklə demək olar ki, döyüş əməliyyatlarında 2000- dən çox erməni icamasının nümayəndələri iştirak edib. 19 nəfər erməni seperatçı rejimin qəhrəmanı adına, 11 nəfəri isə leon ordeninə layiq görülüb. 200- dən çox (müxtəlif məlumatlara görə, 242 nəfər) döyüşçü isə müharibə zamanı zərərsizləşdirilib.
Araşdırmalara görə, Abxaziyada baş verən müharibədə ermənilərin iştirakı ilə 7 min nəfər gürcü asılıb, güllələnib və yandırılıb. Onların sırasında 50 nəfər tibb işçisi, 200 nəfərdən çox pedaqoq, 100 nəfərdən çox mədəniyyət işçisi olub. Yuxarıda göstərilən qadın zorlamaları, qətllər, işgəncələr isə seperatçı Abxaziya rejiminin bayrağı altında deyil, Gürcüstanın cənub qonşusu, “xristian qardaşı” olan Ermənistanın bayrağı altında aparılıb.
Jurnalist Lavrenti Amşentsi – “Müharibə zamanı Ermənistan dövlət bayrağı altında erməni bölmələrinin iştirakı nə dərəcədə əsaslı idi?
Baqramyan batalyon komandiri Vağarşak Kosyan – “Əsası yox idi! Ermənilər erməni bayrağın asmaq istəyirdi. Buna görə, kim bizə mane ola bilərdi..? Ermənistan bayrağı altında olmaq istəyirdik və heç kim əleyhinə deyildi. Gürcülər Ermənistan rəhbərliyinə bu sualı veriblər. Deyiblər ki, erməni ordusu Ermənistan bayrağı altında döyüşür. Onlara, orada heç kimə erməni bayrağın daşımaga qadağa qoya bilməzlər deyə cavab veriblər... Burada isə heç kimin ağlına gəlməzdi ki, desin ki, bu bayrağı yığışdırın !..
Şahin QOCAYEV
teref.az