Oruc tutanların DİQQƏTİNƏ: Bu səhvlərə yol verməyin

6-04-2023, 11:34           
Oruc tutanların DİQQƏTİNƏ: Bu səhvlərə yol verməyin
Ramazan ayında oruc tutan hər kəsin qida rejimi tamamilə dəyişir. Ramazan ayında bədən sağlamlığınızı qorumaq üçün iftar və sahurda istifadə etdiyiniz qidalara diqqət etmək lazımdır.

Teref.az lent.az-a istinadən xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Beyza Ersan bildirib ki, imsakda oyanıb yemək çox vacibdir.

Onun sözlərinə görə, imsak vaxtı mütləq yumurta, pendir, çörək və bol göyərti qəbul edilməlidir:

“İftarda isə qızardılmış qidalardan uzaq durmaq çox vacibdir. Çox duzlu, ədviyyatlı və yağlı yeməklərə üstünlük verilməməlidir. Tərkibi zülalla zəngin olan qidaları istehlak etməyə çalışın. İftardan sonra suyu birdən yox, müəyyən aralıqlarda içə bilərsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru