Putin nüvə silahından istifadə etsə, nə baş verəcək? - Proqnoz

7-04-2023, 12:45           
Putin nüvə silahından istifadə etsə, nə baş verəcək? - Proqnoz
“Rusiya strateji baxımdan Ukraynaya uduzsa, nüvə silahından istifadə edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru Aleksey Hetman deyib.

Onun sözlərinə görə, belə silahların nüvə yükü böyük olmasa da, bir sıra fəsadları ola bilər:

“Bu, yerli silahdır. Amma onun istifadəsi ordumuzun psixoloji durumuna ciddi təsir edə və son dərəcə mənfi nəticələrə səbəb ola bilər”.

Hetman qeyd edib ki, Rusiya nüvə silahından istifadə etsə, NATO ölkələrindən ağır cavab alacaq:

“Bu durumda Rusiyanın bütün Qara dəniz donanması batırılır, Rusiya hərbi sənaye kompleksinin obyektlərinə hücum edilir, Putin isə gizləndiyi bunkerdə öldürülə bilər.

Taktiki nüvə silahları xüsusi anbarlarda saxlanılır və istifadədən dərhal əvvəl nüvə yüklənir. Rusiya və dünyada nüvə yüklərinin bütün hərəkətləri peyk və kəşfiyyat vasitələri ilə idarə olunur.

İndiyədək Rusiyada taktiki nüvə silahlarının ötürülməsi ilə bağlı heç bir hərəkət qeydə alınmayıb. Xüsusilə, Belarusa”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.