Rusiya ordusunun tərkibində Ukraynaya qarşı savaşan BU GENERALIMIZ da var - FOTO

7-04-2023, 11:22           
Rusiya ordusunun tərkibində Ukraynaya qarşı savaşan BU GENERALIMIZ da var - FOTO
Ukraynada müharibə aparan Rusiya ordusunun generalları arasında soydaşımız da var. O, 58 yaşlı general-mayor Bəxtiyar Qara oğlu Nəbiyevdir.

Milli.Az xəbər verir ki, 1965-ci ilin avqustun 22-də Yevlax rayonundakı Axşam kəndində doğulmuş B.Nəbiyev 1984-cü ildən hərbi xidmətdədir. 1988-ci ildə Rusiyanın Kamenetsk-Podolsk şəhərindəki mühəndis qoşunları marşalı V.K.Xarçenko adına Ali Hərbi Mühəndis Komanda məktəbini bitirib.

1994-1997-ci illərdə Mühəndis Qoşunları Hərbi Akademiyasında oxuyub.

1997-ci ildə Rusiyanın Şimali Qafqaz Hərbi Dairəsinin mühəndis qoşunlarında xidmətə başlayıb. 2000-ci illərinə vvəlində 58-ci ümumqoşun ordusunun mühəndis qoşunlarının rəisi olub. İkinci Çeçenistan Savaşının iştirakçısıdır. 2004-cü ilin 1-3 sentyabrında Beslanda girovların azad olunmasında iştirak edib.

2007-2011-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsinin mühəndis qoşunlarını rəisinin birinci müavini, 2011-2014-cü illərdə Cənub Hərbi Dairəsinin qərargah rəisinin müavini, 2012-cü ilin iyulundan 2015-ci ilin dekabrınadək Cənub Hərbi Dairəsinin 12-ci ehtiyat qoşunlarının komandanı, 2018-ci ildən bəri isə Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəisidir.

Rusiyanın Suriyada apardığı hərbi əməliyyatların iştirakçısıdır.

Rusiya Silahlı Qüvvələrinin mühəndis qoşunlarının inkişaf və modernləşmə konsepsiyasının müəlliflərindən biridir.

13 medal və 5 ordenlə təltif olunub.
ub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru