Ukraynaya veriləcək qırıcılar zədələnib – Rus texniklərinin Slovakiyada əməliyyatı

8-04-2023, 08:24           
Ukraynaya veriləcək qırıcılar zədələnib –
Rusiya texnikləri Slovakiyanın Ukraynaya təhvil verməyə hazırlaşdığı MiQ-29 qırıcılarını bilərəkdən zədələyə bilər.

“AzPolitika.info” xəbər verir ki, bu bardə yerli “Euractiv” nəşri yazıb.

Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Nağının sözlərinə görə, ruslar 2022-ci ilə qədər mütəmadi olaraq Sliac şəhərindəki aviabazada olublar.

Nazir bildirib ki, təyyarələrdə nasazlıqlar aşkarlanıb. Xüsusilə, pilotlardan birinin dediyinə görə, ruslar tərəfindən təmir edildikdən sonra mühərriklərdən biri təyin olunmuş 350 saat əvəzinə cəmi 70 saat işləyib.

Polis araşdırması göstərdi ki, qüsurlar yalnız MiQ-29 mühərriklərinin rusiyalı mütəxəssislər tərəfindən xidmət edilən hissələrində olub. Eyni zamanda, bu xəsarətlərin qəsdən törədildiyini sübut etmək mümkün olmayıb.

Slovakiya hökuməti 13 ədəd MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsi barədə qərarı martın 17-də verib. Bunun müqabilində Bratislava Amerikanın “F-16”larını alacaq.

Rusiya tərəfi cavab olaraq bəyan edib ki, Slovakiya 1997-ci ildə imzalanmış ikitərəfli sazişi pozub. Bu saziş tərəflərdən hər hansı birinin qarşı tərəfin razılığı olmadan hərbi-texniki əməkdaşlıq nəticəsində əldə etdiyi texnikanın üçüncü ölkələrə verilməsini qadağan edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.