Qarabağın bərpasına nə qədər vəsait xərclənib?

8-04-2023, 08:18           
Qarabağın bərpasına nə qədər vəsait xərclənib?
İndiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib.

Teref.Az XəzərNews.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı-alim Qubad İbadoğlu çıxış edib.

Q.İbadoğlu bildirib ki, xəcrlənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub:

"Göründüyü kimi Qarabağda yol tikintisinə son 2 il ərzində 5 milyard manata qədər vəsait qeyri-şəffaf və hesabatsız xərclənib. Bir sözlə Qarabağ büdcə pullarının silinməsi üçün qapalı və əlverişli məkana çevrilib".

Q.İbadoğlu Qayıdış planında yer alan bəzi məqamlara da diqqət ayırıb:

"Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı 936-dan 316-dək endiriləcək. Ən çox azalma Qubadlıda olacaq - əvvəlki 91 yaşayış məntəqəsindən 24-cü saxlanılacaq. Bu göstərici Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə planlaşdırılıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru