Yerə bənzər planet aşkar edilib

8-04-2023, 10:04           
Yerə bənzər planet aşkar edilib
Astronomlar qrupu qalaktik məhəlləmizə çox yaxın olan qəribə Yer ölçülü ekzoplanetdən təkrarlanan siqnal aşkarlayıb.

İndex.az xəbər verir ki, tədqiqatçılar başqa bir günəş sistemində maqnit sahəsinə malik olan Yer ölçüsündə bir planet müəyyən etdiblər.

“YZ Ceti b”, Yerdən təxminən 12 işıq ili uzaqlıqda bir ulduzun ətrafında fırlanan qayalı planetdir.

Tədqiqatçılar Sebastian Pineda və Ceyk Villadsen ABŞ “Milli Elm Fondu”nun “Milli Radio Astronomiya Rəsədxanası” tərəfindən idarə olunan “Karl G. Jansky Very Large Array” radio teleskopundan istifadə edərək “AI Ceti” ulduzundan çıxan təkrarlanan radio siqnalını müşahidə ediblər.

Yaşayış və ya həyatın ola biləcəyi planet Yerə bənzər bir quruluşda və öz günəşindən uyğun məsafədədir.

Ancaq ən vacib amillərdən biri onun maqnit sahəsinin olub-olmamasıdır.

Çünki planetin atmosferinin yaşayıb-yaşamayacağı planetin güclü maqnit sahəsinin olub-olmamasından asılıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru