Ukrayna ordusunda sursat çatışmazlığı

9-04-2023, 10:03           
Ukrayna ordusunda sursat çatışmazlığı
Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı müharibədə ciddi sursat çatışmazlığı ilə üzləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “The Washington Post” (WP) qəzetində dərc edilən məqalədə bildirilib.

Nəşr adı açıqlanmayan Ukrayna zabitinə istinadən yazıb ki, hərbçilər Rusiya Silahlı Qüvvələri tərəfindən atılan, ancaq partlamayan hərbi sursatlarını toplamağa məcbur olub. Zabit deyib ki, Ukrayna ordusu gündə təxminən 7700 mərmi istifadə edir.

“Bizim çoxlu sursatımız yoxdur, ona görə də çox iş görmürük”, – ukraynalı döyüşçü qeyd edib.

Bildirilib ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının tərk etdiyi əraziləri gəzərək partlamamış hərbi sursatları axtarır. Tapılan sursatlar Ukraynanın şərqindəki gizli emalatxanalarda təkrar emal edilir.

Məlumata görə, Ukrayna ordusu daha çox Sovet dövründən qalma silahlar üçün mərmi çatışmazlığı yaşayır. Hazırda 152 mm və 122 mm-lik mərmiləri saxlayan ölkələr əsasən keçmiş sovet respublikalarıdır, bu ölkələrin bir çoxu Rusiya ilə əlaqələri səbəbindən bu mərmiləri Ukraynaya satmaqda tərəddüd edir.

Qərb ölkələrinin verdiyi artilleriya üçün 155 mm çaplı mərmilər istifadə edilir, bu silahlar üçün hələlik çətinlik yaşanmır. Buna baxmayaraq, Qərb dövlətləri sursat istehsalını artırmağa çalışır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.