KİV: FTB sosial şəbəkələr vasitəsilə rusları əməkdaşlığa cəlb edir

9-04-2023, 11:04           
KİV: FTB sosial şəbəkələr vasitəsilə rusları əməkdaşlığa cəlb edir
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Ukraynadakı müharibə ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün sosial media vasitəsilə rusları əməkdaşlığa cəlb etməyə başlayıb.

Cebhe.info-nun UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın “Fox News” telekanalı məlumat yayıb.

Nəşr iddia edir ki, FTB fevral ayında Feysbuk və Tviterdə rus dilində insanları Amerika kəşfiyyatı ilə əməkdaşlığa başlamaqla gələcəyini dəyişməyə çağıran videolar yerləşdirib. FTB Rusiya daxilində casuslar və Kremlə qarşı çıxmaq üçün məlumatı olan mühacirləri axtarır.

“FTB sizi yüksək qiymətləndirir. FTB sizə kömək edə bilər, ancaq ilk addımı atmaq qabiliyyətinə yalnız siz sahibsiniz”, – videolarda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru