"Görünməz canavar" KƏŞF EDİLDİ: 20 milyon Günəş ağırlığındadır - SENSASİON HADİSƏ

9-04-2023, 11:11           
"Görünməz canavar" KƏŞF EDİLDİ:
Hubble Kosmik Teleskopu qalaktikalararası fəzada çox sürətlə hərəkət edən yeni qara dəlik kəşf edib. “Görünməz canavar” olaraq xarakterizə edilən qara dəliyin 20 milyon Günəş ağırlığında olduğu vurğulanıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) məlumat yayıb.

Təsadüfən kəşf edilən qara dəliyin Yerdən Aya 14 dəqiqəyə gedəcək qədər sürətlə hərəkət etdiyi bildirilib. Qara dəliyin superkütləli olduğu, 20 milyon günəşin ağırlığına bərabər olduğu vurğulanıb.

Bildirilib ki, qara dəlik hərəkət etdikcə Süd Yolu qalaktikasının diametrindən iki dəfə böyük olan yeni doğulmuş ulduzlardan ibarət iz qoyub. Yəni qara dəlik o qədər sürətlə hərəkət edir ki, dar dəhliz boyu yeni ulduzların əmələ gəlmələrinə səbəb olur və bu, görünməmiş hadisədir.

Qeyd edilib ki, qara dəlik "ehtimal ki, 3 böyük qara dəlik arasında nadir, qəribə qalaktik bilyard oyunu nəticəsində" yaranıb.

Yale Universitetindən Pieter van Dokkum deyib: "Biz qara dəliyin arxasında ulduzların meydana gəlməsinə baxırıq. Bizim gördüyümüz qara dəlik sanki arxasında cığır açır - gəminin arxada qoyduğu iz kimi... Bu, təsadüfən tapdığımız bir şeydir. Mən Hubble Kosmik Teleskopunun şəkillərində yaxınlıqdakı cırtdan qalaktikada ulduz çoxluqlarını skan edirdim və sonra kiçik bir xəttin fərqinə vardım. Fikirləşdim ki, bu, kosmik şüanın kamera detektoruna dəyməsidir. Biz o şüanı yox edəndə vəziyyəti anladıq. Kəşf etdiyimiz şey qara dəlik idi. Bu, əvvəllər gördüyümüz heç bir şeyə bənzəmirdi".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.