Cənubi Afrikada qulaqdibi epidemiyası yayılıb

13-05-2023, 12:14           
Cənubi Afrikada qulaqdibi epidemiyası yayılıb
Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD) ölkənin bəzi əyalətlərində qulaqdibi xəstəliyinin yayıldığını açıqlayıb.

NICD yoluxma hadisələrində gözlənilməz artım olduğundan bunun epidemiya halını aldığını bildirilib.

Açıqlamaya görə, 2019-cu ildə xəstəliklə bağlı verilən testlərdən 39 faizi müsbət çıxmışdısa, bu il rəqəm 69%-ə yüksəlib.

Qeyd edilir ki, bu nisbət 0-4 yaş qrupunda 83%, 5-9 yaş qrupunda isə 84% təşkil edir.

Dünyada daha çox qış və yaz aylarında müşahidə olunan qulaqdibi tənəffüs yolu ilə keçir. Adətən uşaqlarda qulaqların altında şişkinlik şəklində ortaya çıxan xəstəliyə uşaqlıqda onu keçirməyən yetkin yaşda insanlar da yoluxa bilərlər.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru