Lukaşenkoya nə olub? - "Bakterial fəsadlar yarana bilər"
14-05-2023, 08:13
Belarus prezidenti Aleksandr Lukaşenko qripə yoluxduğu üçün ictimai məkanda görünməyi dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Naşa Niva” nəşri Lukaşenkonun protokol xidmətindəki mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, prezidentin ətrafında virusla bağlı versiya yayılır.
Mənbə iddia edir ki, Lukaşenkonun yaxın çevrəsində daha bir neçə nəfər xəstələnib və ayaq üstə dayana bilməyiblər.
Nəşrin həmsöhbəti vurğulayıb ki, əgər qripdirsə, xəstəlik müalicə olunmasa, bakterial fəsadlar yarana bilər.
Qəzet yazır ki, Qələbə Paradından sonra Rusiya prezidenti Vladimir Putin xarici liderlərlə qeyri-rəsmi səhər yeməyi verib, lakin paradda iştirak edən Lukaşenko tədbirdən foto və videoda görünməyib.
Bundan əvvəl Lukaşenko Putin və altı xarici dövlətin liderləri ilə birlikdə Qızıl Meydanda Qələbə Paradını izləyib, sonra Naməlum Əsgərin məzarı önünə əklillər qoyub.