Dəmir yolunun yarısına qədər uzanan hasarla bağlı RƏSMİ AÇIQLAMA

17-05-2023, 12:24           
Dəmir yolunun yarısına qədər uzanan hasarla bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda dəmir yolunun yarısına qədər uzanan hasar diqqət çəkib.

Sosial şəbəkələrdə paylaşılan foto geniş müzakirələrə səbəb olub. İddialara görə, foto Gəncədə lentə alınıb.

Şərhlərdə sosial şəbəkə izləyiciləri məsələyə ərazi üzrə icra hakimiyyətinin, eləcə də Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin münasibət bildirməməsini qınayıb.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova mövzuya münasibət bildirib.

Qurum sözçüsü sosial şəbəkə üzərindən verdiyi açıqlamada nə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını qeyd edib.

O bildirib ki, çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur:

“Dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətlərinə deyilir. "Azərbaycan Dəmir Yolları"nın balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.