Aşot Paşinyanın qaçırılması görüntüləri YAYILDI - VİDEO

18-05-2023, 00:10           
Aşot Paşinyanın qaçırılması görüntüləri YAYILDI - VİDEO
Aşot Paşinyanın maşından tullanaraq onları izləyən avtomobil tərəfindən vurulması anının video görüntüləri ortaya çıxıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə görüntüləri erməni mediasında yayılıb.

Xəbər verdiyimiz kimi, 44 günlük müharibə zamanı məhv edilən erməni hərbçilərin valideynlərindən ibarət “Oğulların çağırışı” təşəbbüsü bu gün saat 15:00 radələrində onlar Ermənistanın Baş nazirinin oğlu Aşot Paşinyanı qaçırmağa cəhd edib.

Bu barədə Paşinyan ailəsinə məxsus “Aykakan Jamanak” qəzeti məlumat yayıb.

“Oğulların çağırışı”nın rəhbəri Qarik Qaleyan deyib ki, Aşotu qaqçırmamışıq, söhbətə çağırmışıq.

“Mən Aşot Paşinyanı görməmişəm. Görsəm onun boynunu qırardım”, – o deyib.

Daha sonra faktla bağlı cinayət işi açılıb və Qaleyan sözlərini təkzib edib.

“Düzünü desəm, oğurluq olmayıb. Bu gün bizim inzibati məhkəmədə 21 sentyabr hadisələri ilə bağlı məhkəmə prosesi var idi, biz onu orada gördük.

Söhbət oldu, analar onu danışmağa çağırdılar. Sonra məhkəmədən çıxanda həmişə Yerablura gedirdik.

Analardan biri dedi ki, maşına min, ora gedək və o da mindi. Mən maşında deyildim, heç barmağımı da ona vurmamışam. O,özünü niyə maşından atdı, başa düşmədim”, – Qaleyan bildirib.

Hazırda Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinənlər saxlanılıb.

Onları Şenqavit polis bölməsinə aparıblar. Məlumata görə, onların barəsində vəkilsiz istintaq aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.