Nazirin nəzərinə:" "İqtisadiyyat Nazirliyi tərkibində olan KOBİA tərəfindən verilən güzəşt, həmin Nazirliyin tərkibində DVX tərəfindən qüvvədən salınıb.

18-05-2023, 16:37           
Nazirin nəzərinə:"
Startap şəhadətnaməsi alıb dövriyyəni artıran startaplar dərhal vergiyə cəlb edilib
İndiyədək KOBİA-dan Startap şəhadətnaməsi alan 94 qurumdan ikisi də SmarTap və Push30 startapları olub.
Təqdimatlarından xatırlayıram ki, ciddi və iddialı qurumlar idi.
Əldə etdiyim məlumata görə onlar ötən müddət ərzində dövriyyələrini kəskin artırdığından güzəşt hüququ verən Startap şəhadətnamələri qüvvədən düşmüş hesab edilib. Nəticədə böyük məbləğdə vergi ödəmək məcburiyyətində qalıblar.
Bunu belə hesab edən də Dövlət Vergi Xidmətidir.
Burada maraqlı məqam KOBİA tərəfindən verilən bu güzəştlərdən adı çəkilən qurumların yetərincə bəhrələnməsi və inkişaf edə bilməsidir.
Yəni bu startaplar vergi güzəştləri əldə edərək, bu tip resursları da inkişafa yönəldərək qısa müddətdə yüksək inkişafa nail olublar.
Normalda onların bu addımları daha da dəstəklənməli və ekosistemə nümunə olmalıydı.
Yəni, əslində DVX diqqət yetirə bilərdi ki, cəmi bir startap qısa müddətə, indiyədək şəhadətnamə alaraq güzəşt əldə edən startapların ödəyə biləcəyi vergidən dəfələrlə çox vergi ödəyə bilib.
Belə olan halda vergi qurumu daha çox maraqlı olmalıydı ki, bu cür güşzəştləri alanların sayı çoxalsın ki, yekunda dövlətə daha çox vergi ödəyənlərin də sayı artsın
Yeri gəlmişkən, bu da maraqlı məqamdır ki, İqtisadiyyat Nazirliyi tərkibində olan KOBİA tərəfindən verilən güzəşt, həmin Nazirliyin tərkibində olan digər bir qurum -DVX tərəfindən qüvvədən salınıb.
Bunu necə anlamaq olar ?
Belə bir səlahiyyət DVX-də varmı?
Ümid edirəm İqtisadiyyat Nazirliyi də baş verənlərin fərqindədir
Osman Gündüz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.