Sərsəngin indiki vəziyyəti şok etdi - FOTO

19-05-2023, 09:23           
Sərsəngin indiki vəziyyəti şok etdi - FOTO
Sərsəng su anbarında vəziyyət son dərəcə kritikdir. Qarabağdakı separatçı rejim Xankəndinin işıqlandırılması üçün su anbarından istifadə edildiyini, nəticədə quraqlığın yarandığını bildirir. Heç bir tədbir görülmədən anbardakı suyun enerjinin əldə edilməsinə sərf olunması anbarın quruması ilə nəticələnib.
Bakupost.az xəbər verir ki, separatçılar dekabrdan bu yana suyun səviyyəsində sürətli azalmanın müşahidə olunduğunu, hazırda böhran yaşandığını söyləyirlər.
Ekoloqların fikrincə, ermənilər qışda Kəlbəcər dağlarında toplanan qarın yayda əriyərək Sərsəngə tökülüb burada suyu artıracağını, beləliklə vəziyyətin düzələcəyini düşünüblər. Amma əksinə bu il dağlara yağıntının az düşməsi səbəbilə bu, mümkün olmayıb.
Sərsəng su anbarının son görüntülərini təqdim edirik:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru