Ukrayna ordusu təşəbbüsü ələ aldı – Şəhər işğaldan azad olunur

19-05-2023, 11:27           
Ukrayna ordusu təşəbbüsü ələ aldı –
Ukrayna Silahlı Qüvvələri son sutka ərzində əks-hücumlar zamanı Baxmutda təşəbbüsü ələ keçirib və taktiki cəhətdən önəmli uğurlar əldə edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İnstitut Rusiya mənbələrinə istinadla Ukrayna qoşunlarının Baxmutda İvanovskinin cənub və şimal-qərbinə və Klişivkanın şimal-qərbinə doğru irəlilədiyini bildirir. ISW Ukrayna ordusunun bu istiqamətlərdə rusların müdafiəsini yardığını iddia edir.

Ayrıca, “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Rusiya qüvvələrinin Baxmutdan şimalda 570 metr ərazi “itirdiyini” deyir. Amerikalı analitiklər bunun Ukrayna tərəfinin açıqlamalarına uyğun gəldiyini vurğulayır.

Vəziyyətin ağırlaşmasından sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı cinahları qorumaq üçün Baxmuta əlavə qüvvələr göndərir.

“Ukraynanın Baxmutda əks-hücumları ilə müqayisədə “Vaqner”in hücum əməliyyatlarının məhdud xarakter daşıması Rusiyanın bu istiqamətdə təşəbbüsü itirdiyini təsdiqləyir”. – məlumatda qeyd olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.