Geoloqlar təsdiqlədi: Bu şəhər aram-aram batır

19-05-2023, 13:56           
Geoloqlar təsdiqlədi: Bu şəhər aram-aram batır
Nyu-Yorkdakı göydələnlərin çəkisi şəhəri suyun altında batmağa vadar edir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin alimlərinin araşdırmasına deyilir.

Ümumilikdə Nyu-Yorkda ümumi çəkisi təxminən 770 milyon ton olan bir milyona yaxın bina var.

Bu yükə görə şəhər hər il bir-iki millimetr aşağı düşür, bəzi ərazilərdə isə proses daha sürətlə gedir.

Alimlər vurğulayırlar ki, rəqəm kiçik olsa da, suya tədricən yanaşma metropolu təbii fəlakətlərə qarşı həssas edir.

“Nyu-York böyük daşqın riski problemləri ilə üz-üzədir. Burada dəniz səviyyəsinin qalxması təhlükəsi Şimali Amerikanın Atlantik sahilləri boyunca qlobal orta göstəricidən üç-dörd dəfə yüksəkdir”, – geoloq Tom Parsons əlavə edib .

Daşqınlar təkcə sakinlər üçün deyil, binalar üçün də təhlükə yaradır. Onların təməlinin duzlu suya tez-tez məruz qalması, möhkəmləndirici poladı korlaya və betonu zəiflədə bilər. Ancaq əksər yerli tərtibatçılar layihələr hazırlayarkən bu faktı nəzərə almırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru