İdxal olunan ərzağın qiyməti nə qədər bahalanıb? – Rəqəmlər

19-05-2023, 21:09           
İdxal olunan ərzağın qiyməti nə qədər bahalanıb? – Rəqəmlər
Bu ilin yanvar-aprel aylarında xarici ölkələrdən Azərbaycana 748 milyon 212,5 min dollar dəyərində yeyinti məhsulları gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan yeyinti məhsulları dəyər ifadəsində 44,3 min dollar artıb.

İlin ilk 4 ayında ən çox buğda idxal olunub.

Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 124 milyon dollar dəyərində 409 min ton buğda gətirilib.

Nəticədə idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri 30 sent (52 qəpik) olub. Qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan buğdanın qiyməti daha yüksək – 1 kiloqramının gömrük dəyəri 58 qəpik olub.

Digər əsas ərzaq məhsulları üzrə də artım qeydə alınıb.

Son 2 ilin yanvar-aprel aylarında idxal olunan yeyinti məhsullarının gömrük dəyəri aşağıdakı kimi olub:

2022
Yanvar-Aprel 2023
Yanvar-Aprel
Buğda (1 kq) 58 qəpik 52 qəpik
Meyvə-tərəvəz (1 kq) 97 qəpik 1,05 manat
Ət (1 kq) 2,94 manat 2,97 manat
Süd (1 kq) 2,49 manat 3,7 manat
Kərə yağı ( 1 kq) 9,34 manat 9,44 manat
Çay (1 kq) 8,43 manat 9,1 manat
Düyü (1 kq) 1,35 manat 1,51 manat












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.