Dünyanın ən böyük göllərinin yarısı quruyur

20-05-2023, 08:44           
Dünyanın ən böyük göllərinin yarısı quruyur
Son 30 ildə dünyanın böyük göllərinin yarısından çoxu kiçilib.
Bakupost.az xəbər verir ki, bu barədə “Science” akademik jurnalında dərc olunan məqalədə bildirilir.
Göllərdə suyun azalması əsasən qlobal istiləşmə və insan fəaliyyəti ilə bağlı olub.
Araşdırmada peyk görüntülərindən istifadə edilərək 1992-2020-ci illər arasında dünyanın ən böyük 1972 gölü araşdırılıb.
Tədqiqatın nəticələri göstərir ki, dünyanın şirin sularının 87 faizini saxlayan göllər iqlim dəyişikliyi və insan fəaliyyəti nəticəsində getdikcə daha çox təhlükə altındadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.