Ukrayna dili rəsmi olaraq Avropa Komissiyasının “eTranslation” tərcümə sisteminə daxil edildi - FOTO

20-05-2023, 11:18           
Ukrayna dili rəsmi olaraq Avropa Komissiyasının “eTranslation” tərcümə sisteminə daxil edildi - FOTO
Ukrayna dili rəsmi olaraq Avropa Komissiyasının (Aİ) “eTranslation” tərcümə sisteminə daxil edilib.

Bu, mətnləri və rəsmi sənədləri Aİ-nin 24 dilinə tərcümə etmək üçün istifadə olunan xidmətdir.

Bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bunun sayəsində ukraynalılar Aİ-nin qanunvericilik aktlarını ingilis dilindən Ukrayna dilinə tərcümə edə biləcəklər.

“Bu, sənədlərin daha sürətli təhlilinə və implementasiyasına imkan verəcək. Və əksinə - Ukrayna qanunvericiliyi artıq Aİ ölkələrinin dillərinə tərcümə oluna bilər”, - deyə nazirliyin məlumatında bildirilib.
Qeyd etmək lazımdır ki, bu, Ukrayna üçün Aİ-yə üzvlüklə bağlı danışıqlara töhfə verəcək mühüm strateji addımdır.

Vurğulanıb ki, bütün bunlar Ukraynanın 2022-ci ildə qoşulduğu Aİ-nin “Rəqəmsal Avropa” proqramında iştirakı çərçivəsində mümkün olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru