Formula 1-də niyə qadınlar yarışmırlar?

20-05-2023, 11:48           
Formula 1-də niyə qadınlar yarışmırlar?
Avtomobil idmanının zirvəsi kimi tanınan “Formula 1”-də sürücülərin kişi olması ilə bağlı şərt olmasa da, bu günə qədər “Formula 1” bolidinin sükanı arxasında çox az qadın olub. Niyə bu şəbəkədə qadın sürücü yoxdur? Demək olar ki, hər bir idman növündə kişi və qadın qolları ayrılır. Kişi və qadınların birlikdə yarışdığı idman növləri çox azdır. Formula 1-də qadınların yarışması üçün kağız üzərində heç bir maneə olmadığı və böyük qadın auditoriyası olduğu halda, niyə Formula 1-də heç bir qadın sürücü görmürük? Bunun səbəbi çoxlarının düşündüyü kimi qadınların bu idman növünə uyğun olmaması deyil.

Əvvəlcə tarixdəki qadın yarışçılara nəzər salaq. Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Formula 1 tarixində yarışlarda iştirak etmək üçün bu günə qədər 5 qadın mübarizə aparsa da, bu qadınlardan yalnız ikisi yarışa başlamaq hüququ qazana bilsə də, cəmi bir qadın xal toplamağı bacarıb. “Formula 3” və “Formula 2” tarixən daha çox qadın sürücülərin iştirak etdiyi çempionatlar kimi seçilir. Danica Patrick kimi qadın sürücülər də “NASCAR” kimi seriyalarda yarışmaqla tanınırlar. Qeyd edək ki, müxtəlif “NASCAR” seriyalarında yarışmış bir çox qadın sürücü var və bəziləri hələ də yarışdadır. Oxşar vəziyyət “INDYCAR” seriyasına da aiddir. Dakar rallisini qazanan Jutta Kleinşmidt, Venturi “Formula E” komandasının rəhbəri olan və “Formula 1”-in qapılarını itələyən Susie Volff və Dünya Ralli Çempionatını 2-ci yerdə bitirməyi bacaran Mişel Mouton kimi adları çəkə bilərik.

Formula 1-də niyə qadınlar yarışmırlar?

Öncə onu qeyd edək ki, işin istedadla və ya fiziki qabiliyyətlə heç bir əlaqəsi yoxdur, pulla bağlıdır. Bu vəziyyəti addım-addım izah edək. Formula 1-də yarışmağın yolu çoxlu pul xərcləməkdir. Əgər bu gün 4 yaşında bir uşağınız olsaydı və onu Formula 1 yarışçısı etmək qərarına gəlsəydiniz, onun karyerası boyunca bir neçə milyon dolları qurban verməli və ya Formula 1-ə girməzdən əvvəl bir neçə milyon dolları vermək üçün sponsor tapmalı olacaqsınız.

Sofia Flrc adlı qadın yarışçı deyir ki, qadınlar üçün ilk və ən böyük maneə sponsorluqdur. Qadınlar sponsor tapa bilmədiklərindən kiçik komandalara gedirlər. Kiçik komandalarda olduqları üçün yaxşı maşınlara çıxışları yoxdur. Yaxşı maşınlara çata bilmədiklərinə görə, əla göstəricilərə nail ola bilmirlər. Sponsorlar yaxşı performansa nail ola bilmədiklərinə görə qadın pilotlara yaxınlaşmırlar. Ona görə də qadın pilotlar sponsor tapa bilmir.

Digər bir səbəb isə, qızların avtomobillərdən uzaqlaşdırılmasıdır. Bu məqam çox vaxt diqqətdən kənarda qalır, lakin vurğulanması lazım olan bir məqamdır. Son illərə qədər qızlar gokart şəbəkələrinə yönəldilmirdi.

“Bizdə də attraksionlarda kiçik gokartlarda belə qızlara “oğlanlar üçündür” deyildiyinin şahidi olmuşam. Dünyada qavrayış fərqli deyildi. Buna görə də, qızlar yarış seriyasına girəndə əlverişsiz vəziyyətdə olurlar”-deyə yarışçı qeyd edir.

Qadınlar “Formula 1”-ə girməkdə çətinlik çəkdiyi üçün Formula Management qadınlar üçün “W Series” adlı çempionata başladı. Bütün qadın pilotlara oxşar xüsusiyyətlərə malik avtomobil verən bu seriya, sponsor ehtiyacını minimuma endirmək və qadınların yolunu açmaq üçün nəzərdə tutulub. Bu qərar qadınları ayırdığı və “Formula 1”-ə keçidini çətinləşdirdiyi üçün tənqid olundu, lakin çempionat keçirilməyə davam etdi. Çempionatın ilk iki ilində qalibi əvvəllər Britaniya GT çempionu olan Ceymi Çadvik olub. Çadvik 2022-ci il mövsümünün qalibi olmasına baxmayaraq, sponsorların dəstəyinin kəsilməsi səbəbindən mövsümün iki yarışı erkən bitdi.

Bu qərara səbəb kimi 2023-cü il mövsümü üçün sərmayə qoyulacağı göstərilib. Görünür, “W Series” hələ arzu olunan nöqtədə deyil.

“W Series” və “Formula E” üçün kifayət qədər tanıtım yoxdur.

Qadınların yarışdığı oyunlara maraq necədir?

Bu vəziyyətin əsas səbəbi maraq yox, məlumatsızlıqdır. Yarış həvəskarlarının əksəriyyəti izləmək üçün bir yarış olub-olmadığını izləyir. “Formula W” seriyasına daxil olmaq çox çətin və mürəkkəbdir. Bəzi bölgələr üçün hətta birbaşa yayım xidməti yoxdur.

“Formula 1”-in qadınlara baxışı da olduqca mübahisəlidir…

“Formula 1” Qrupunun baş direktoru Stefano Domenikali müsahibəsində bildirib ki, yaxın beş il ərzində qadın sürücünün “Formula 1”-ə qatılması mümkün görünmür. “Formula 1”-in keçmiş rəhbəri Berni Ekklstoun bir dəfə demişdi ki, “Formula 1-də qadın sürücüləri ciddi qəbul etmirlər, azarkeşlər maraqlanmır, sponsorlar pul qoymurlar”.

Ən son nümunə, Susie Volff, Villiams komandası ilə sınaqda iştirak edərkən komanda yoldaşı Felipe Massadan bir qədər yavaş idi. Onu da xatırladaq ki, Massa 2008-ci ildə 1 xalla ikinci olmuşdu və o, Ferrari-də illərlə mübarizə aparmışdı. Volfun uğuruna baxmayaraq, Red Bull-dan Helmut Marko kimi adlar qadınların “Formula 1”-də yarışa bilməyəcəyini düşünür.

“Formula 1” daha çox kişiləri əhatə etməyə çalışır. Ola bilsin ki, yaxın illərdə Formula 1 avtomobillərindən birinin sükanı arxasında qadın sürücünü görə bilərik. Kiçik pilot proqramlarında iştirak edən qadın pilotlar bu mövzuda ümidini itirməyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.