Akademik Yaqub Mahmudovun Vladimir Tıminski və Rafik Melik-Ohancanyanla BÖYÜK FIRILDAĞI

22-05-2023, 11:08           
Akademik Yaqub Mahmudovun Vladimir Tıminski və Rafik Melik-Ohancanyanla BÖYÜK FIRILDAĞI
AMEA-nın saytında belə başlıqlı xəbər gedib-Akademik Yaqub Mahmudov “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb.

Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, bu adı verən təşkilat “Avropa Təbiət Elmləri Akademiyası” adlanır. Akademiyanın təsisçisi və prezidenti Rusiyada heç bir elmi nüfuzu olmayan Vladimir Tıminskidir.

Tıminski elmdən nə qədər uzaq olsa da,dələduzluğa o qədər yaxın olduğuna görə,Avropa adından və tanınmış alimlərin adında pul qazanmaq üçün istifadə edir.
Yaqub Mahmudovun və neçə-neçə azərbaycanlının da uzvü olduğu bu “Akademiya”ya uzvlük cəmi 400 avrodur.
Təşkilatın yaydığı məlumatlardan birində deyilir ki,3 il üzvlük haqqı ödəməyən üzvlər siyahıdan çıxarılacaq.

Tıminski fəxri adlar və ordenlər təsis edib və onlarla arzu edənləri təltifləyir.

Tıminskinin bu təşkilatda MDB ölkələri üzrə müavini Rafik Melik-Ohancanyandır.

Gununsesi.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.