Əkin sahələri niyə azalmaqdadır? - AÇIQLAMA + VİDEO

23-05-2023, 12:44           
Əkin sahələri niyə azalmaqdadır? - AÇIQLAMA + VİDEO
Azərbaycanda əkin sahələri azalıb.

Xezerxeber.az xəbər verir ki, bu gün ölkədə 4 milyon hektardan bir qədər də artıq kənd təssərrüfatı üçün yararlı torpaq sahələri var.

Ölkə əhalisinin sayını, o cümlədən mövcud torpaq ehtiyatları nəzər alsaq, bu, daxili tələbatı ödəməkdə ciddi problemlər yaradır.

İqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, yararlı torpaq sahəsinin 2 milyonu əkin, 2 milyonu isə örüş sahələri üçün nəzərdə tutulub.

Ekspert hesab edir ki, müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan səhələr siyahıdan çıxarılıb, eləcə də çox subsidiya almaq üçün mövcud sahələr daha çox yazdırılıb, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov isə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il 43 min hektar artıq əkin aparılıb.

Otlaq sahələrinin azalmasına gəlincə, bunun da əsaslı səbəbləri var:

Şöbə müdiri qeyd edib ki, əkin təyinatlı torpağın digər kateqoriyaya keçirilməsi doğru addım deyil.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru