Professor Cəfər Quluzadənin ateist müsahibəsinə cavab gəldi
9-07-2016, 21:26
Bakı Dövlət Universitetinin Fizika fakultəsinin Astrofizika kafedrasının müdiri professor Cəfər Quluzadə bu günlərdə mətbuata müsahibə verib. Onun ateist və materialist fikirlərində bir çox qərəz və qüsurlar olduğuna nəzərən, həmçinin din üləmasının əksəriyyətinin də başı məzhəb ixtilaflarına qarışdığı üçün, cavab vermək haqqı mənim boynuma düşdü...
Kainatın genişlənməsini bildirən alim Quranı oxuduğunu qeyd edir. Ancaq unudur ki, Zariyat surəsinin 47-ci ayəsində Kainatı Yaradan buyurur:" Göyü öz əllərimizlə qurduq və biz onu genişləndirməkdəyik."
Ulduzların,planetlərin hərəkətini qeyd edir,lakin bunun barəsində Quranda çoxlu dəlillərin olduğunu unudur. Rəhman surəsində deyilir:"Günəş və ulduzlar da müəyyən bir ölçü ilə hərəkət edər..."
Əksər suallara alim "...buna hələ cavab verə bilmirik,elm cavab verə bilmir " deyir, Allahı, dini ,Quranı qətiyyətlə inkar edir. Çox maraqlıdır...Ona görə də mən hesab edirəm ki, bütün ateistlərin qəlbində bir iman var, sadəcə hansısa qərəz o inamın üstünü örtür.
Kainatın yaradılışına aid edilən ən yeni nəzəriyyələr Martine Fyle və Allane Sandafe tərəfindən söylənilən "dağılan parçalar" nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən kainat müəyyən bir nöqtədən başlayan və sonsuz məkanlara yayılan bir yaradılışa malikdir. Yəni məkanlar bir nöqtədən sanki onun ətrafında olan kürə formasındakı hüdudlara doğru müdhiş enerji ilə qopmuş,qoparılmış və bunun nəticəsində də qat-qat kainatlar yaranmışdır. Bu barədə Şura surəsi 5-ci ayədə deyilir :"Göylər az qala bir-birinin üstündən çatlayıb dağılsın..."; Ənbiya surəsi 30 -cu ayədə davam olunur : " Göylər və yer bir zamanlar bitişik idi, biz onları bir-birindən ayırdıq və hər bir canlını sudan yaratdıq. Görəsən bununla belə iman gətirmirlərmi?"
Hörmətli Professor deyir ki, əgər kainatı Allah yaradıbsa , Allahı kim yaradıb ? Cavab veririk ki, siz əvvəldə qeyd edirsiz ki, dünyanı ümumdünya cazibə qüvvəsi idarə edir. Bəs ağlınıza gəlmirmi ki, bu cazibə qüvvəsini kim idarə edir və onu kim yaradıb-nizamlayıb? Və konkret olaraq: Siz bu boyda kainatın öz-özünə yarandığına inanırsınız, bəs Allahın niyə öz-özünə yarandı?
�ğına inana bilmirsiniz? Bu məntiqsizlik deyilmi? Necə olur ki, öz-özünə bir kainat yarana bilir, ancaq Allah öz-özünə meydana gələ bilmir?.. Digər tərəfdən də, insan şüuru, ağlı, dərrakəsi, Allahın necə ortaya çıxdığını dərk edə biləcəyi həddədirmi? Hələ kainatın və dünyanın bir çox sirlərini anlayıb dərk edə bilməyən şəxslər, Allahın necə yarandığını asanlıqlamı anlayacaqlarını zənn edirlər? Bu sual yersiz və elmi həqiqətdə iraqdır. Sözgəlişi deyilmiş ,həqiqəti üzə çıxarmaq məqsədi ilə yox,qarşıdakını susdurmaq amacı ilə deyilmiş məntiqsız sualdır. Bu, "faytona qoşulmuş atları kim dartır ?" demək kimi bir şeydir. Əgər bəşər Allahın necə meydana gəldiyini dərk etsəydi o xaliq Allah olmazdı. Bu dünyada adı olan hər şeyin özü də mövcuddur. Allah adı varsa , özü də vardır. ( Verilən suala heç də cavab olmadı-T.İ)
Hörmətli professor Quranı oxuduğunu , Peyğəmbərlərin haqda məlumatlı olduğunu deyir. Lakın qeydlərindən görünür ki, o dinlər haqda broşürlərdən oxuyub.Özü də çox diqqətsiz. Çünki 5 vacib peyğəmbər deyilən anlayış yoxdur. Ulul -əzm peyğəmbərlər vardır. Yəni böyük peyğəmbərlər. Adəmin bura daxil olub-olmamasının mətləbə dəxaləti və xronoloji ardıcıllığın pozulması qaranlıq qalır bu söhbətdə. Alim qeyd edir ki, Tövratda İbrahimin İshaqı qurban kəsməyə apardığı, ancaq Quranda İsmaili apardığı qeyd olunur. Əgər dərin araşdırma aparsaydı, qədim mənbələrdə bu şəxsın İsmail olduğunu ,Tövratın da neçə dəfə təhriflərə məruz qaldığının şahidi olardı. Hətta Nuhun gəmisinin oturduğu Cudi dağının Ararat (Ağrı T.İ) dağı ilə əvəz olunması təhrifi də bu qəbildəndir. Yəhudilərin ərəblərlə konfliktləri, ərəblərin əcdadı misalında olan İsmailin adını, yəhudi hesab olunan İshaqın adı ilə əvəzlədi. (Yəhudilərdə nəsil mənsubluğu ana tərəfdən götürüldüyü üçün , İbrahimin yəhudi Saradan olan oğlu İshaq yəhudi, ərəb Həcərdən olan oğlu İsmail ərəb hesab olunurdu.)
Quran isə heç bir təhrifə məruz qalmayıb. Bunun dəlil və sübutları mətləbdən kənar olduğu üçün qeyd etmirik. Allah müxtəlif dinlər göndərməyib. Allah bir din göndərib, tövhid-islam dini..,Haqqa təslimiyyət dini,sülh dini,slamatçılıq dini. sonradan insanlar bu dini təhrif edərək adını və özünü dəyişdirib yəhudilik,xristianlıq,zərdüştilik və.s. çeviriblər.
Həmçinin professor Quranda olan elmi həqiqətləri görməzdən gəlir. İnkar etmək mümükün olmayanları isə Peyğəmbərin zəkasının məhsulu adlandırır. Gah da əvvəlki elmlərdən ,kitablardan əxz olunan məlumatlar kimi qələmə verir. Və qeyd edir ki, Peyğəmbərin ağlına bu fikirlər gəlirdi, anc
aq o, elə bilirdi ki, bu fikirlər ona Allahdan gəlir...
Yaxşı...Bir şəxs ki,özünü tanımır , o ,necə bəşəri tanıya bilər ?Bir şəxs ki, ağlına gələn fikrin ona Allahdan gəldiyini və ya öz təfəkkürünün məhsulu olduğunu ayırd etmək qabiliyyətində deyil , o, necə fenomenal insan, mütəfəkkir ,peyğəmbər ola bilər? Özünü aldadan insan özgələri necə inandıra bilər? Əvvəlki kitablarda da əgər bunlar var idisə , deməli o da Allahın vəhyi idi. O halda ki,Peyğəmbər deyənlərlə üst-üstə düşürdü. Lakin əslində o kitablardan Peyğəmbərin xəbəri-məlumatı yox idi. Elmə gəldikdə isə buyurun tarixə baxın, həmin dövrdə ərəbistan yarımadasında ,Peyğəmbər yaşadığı coğrafiyada onun bəhrələnə biləcəyi bir alim var idimi? Heç tarix yazan yox idi. Peyğəmbər dövrünə aid qeyri müsəlman tarixşisinin yazdığı bir cümlə də yoxdur tarixdə. Çünki o dövrdə elm ölmüşdü,yazı ölmüşdü. Niyə ehtimalla danışaq ki, tarix əlimizdədir...
Əgər fitri istedaddırsa ,niyə bu 124 min fitri istedad özlərini yalnız peyğəmbərlik iddiasında sınadılar? Və necə oldu ki, missiyaları da eyni oldu? (Qeyd edim ki, bütün peyğəmbərlərin missiyası Tövhidə,axirətə inam vahid prinsipinə əsaslanıb,xırda şəriət fərqlikləri olub ki, bu da zaman və məkana , şəraitə görə müxtəlif olub.İndiki böyük fərqlər isə təhriflər nəticəsində meydana gəlib,bunun peyğəmbərlərə dəxli yoxdur.)
Sovet ateist ideologiyasının materialist təfəkküründən qurtula bilməyən professor elmlə dinin mübarizəsini qeyd edir hələ də...Bu tam yanlışdır. Mövhumatçı dindarların, təəssübkeş ruhanilərin, xurafatçı mollaların cəfəng fəaliyyətlərini dinin elmə qarşı hücumu kimi görmək ,dini bilmədən onu kor-koran�
� tənqid etməkdir. Tək Quranı bir tərcümədən bir dəfə oxumaq islamdan xəbərdar olmaq demək deyildir. Onda necə olurdu ki, Peyğəmbər Çinə getmək də gərəksə elm dalınca getməyi əmr edirdi?.. Eynşteyn :" Dinsiz elm kor,elmsiz din topaldır ." deyirdi ? Quranda bir çox ayə vardır ki,insanlığı elmə,təfəkkürə, məntiqə səsləyir .Əksinə, insanları elmə maraqlandıran dindir. Din özü müəyyən mənada elmdir. Dinin ortaya qoyduğu hər hansı bir mövzunu elm araşdırır. Mövcud olan dini camiənin din kimi analız edilməsi yanlışdır. Fərdlər din demək deyil. Elə dərin mənbələr, dini məxəzlər, kitablar , fəlsəfi əsərlər vardır ki ,onları bəlkə də dünyada üç alim oxumayıb . Amma mövzu haqda hamı o şeyin mütəxəssisi kimi hökm verir. hələ tənqid də edir... İbn Rüşdün, İbn Sinanın, Qəzzalinin, Fərabinin , Maymonidin, Bəhmənyarın ilahiyyata aid fəlsəfi traktatlarını oxuyan insan heç vaxt deməz ki, din elmə düşməndir.
7 qat səmanın ,guya ,o dövrdə bilinən 7 qat göy cismi olduğunu deyən , hətta bunun göy qatları olduğunu deyən Akademik V.Məmmədəliyevi də başa saldığını , bunu nəticəsində də Akademikin ondan 3-cü günlər gəlib ona dərs deməsini xahiş etməsini iddia edən alim hesab edirə m ki,yanılır. Çünki Quranda cismdən yox, səma qatından söhbət gedir. Talaq surəsi ,12-ci ayədə deyilir:" Allah yeddi qat səmanı və yerdən də bir o qədərini yaradandır."
Naziat surəsi 30 :" ...Sonra Yeri elips şəklinə (dəvəquşu yumurtası "dəha" )şəklinə saldı." Yerin yumru olmasına dəlildir.
Yerin fırlanması haqda deyilir : "Dağlara baxıb onları hərəkətsiz güman edərsən, halbuki, onlar buludlar kimi hərəkətdədirlər..." Nəml surəsi 88.
Son olaraq bildirirəm ki,Quran Allahdan vəhylə nazil olan bir hidayət kitabıdır. Quran ayələri ilə peyğəmbər hədislərinin fərqi,üslubu , fəsahət müxtəlifliyi, bəlağət üstünlüyü, təbirlər və.s. sübut edir ki, Quran peyğəmbərin sözü deyil. O ilahi bir vəhydir. Onu "uydurmağa" peyğəmbərin nə cəsarəti, nə istedadı, nə də savadı çatmırdı. Onun istedadı olsaydı oxuma - yazma öyrənərdi...İslam mənbələrini hərtərəfli, tam orijinaldan qərəzsiz araşdıran şəxs hökmən islama, Allaha, Qurana iman gətirəcəkdir.
Dünyada materializm və ateizm çürük ağac misalındadır və dünya insanının təfəkkürünə yaddır. İdeya inama yaxın olmalıdır. Ateizm isə inamdan çox uzaqdır. Ona görə də hər yerdə küncə qısılmış vəziyyətdədir. Ayaq tutsa da yeriyə bilmir. Dünyadakı milyardlarla insanın çoxu ateizmi, materializmi rədd edir. 70 il Sovet təbliğat maşını işlədi,ancaq yenidən xalqımız öz islam əqidəsinə döndü. Çünki İslam fitri dindir.
Yaradanı inkar edən çox şeyi inkar edə bilər...Vəssalam !
Tural İrfan
teref.az olaraq bir çox fikirlərlə razı olmasaq da, professor Cəfər Quluzadənin bu günlərdə mediada gedən fikirlrəinə cavadı dərc etməyə qərar verdik! Hörmətli professorun cavabına yer ayırmağa hazırıq!
teref.az