S-400-lərin itirilməsi Rusiyaya “ağrılı, bahalı və alçaldıcı zərbədir” – Analitiklər

21-09-2023, 12:28           
S-400-lərin itirilməsi Rusiyaya “ağrılı, bahalı və alçaldıcı zərbədir” – Analitiklər
Ukrayna qoşunları Krımda getdikcə daha çox Rusiyanın S-400 Triumf sistemlərini hədəfə alır. Onların itirilməsi Rusiyanın hava hücumundan müdafiəsinə ağrılı, bahalı və alçaldıcı zərbədir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Londonun “Royal United Services” analitik mərkəzinin nümayəndəsi Sidhart Kauşal “Newsweek”ə şərhində bildirib.

O, əlavə edib ki, hər bir S-400 batareyasının qiyməti təxminən 200 milyon dollardır.
“Əlbəttə, sistem dəyişdirilə bilər, lakin bu, yenə də əhəmiyyətsiz itki deyil” , – Kauşal deyib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 2023-cü ilin əvvəlində Rusiyada təxminən 96 ədəd S-400 mobil “yer-hava” raket sistemi (SA-21 Growlers) olub.
Niderlandın Oryx layihəsi bildirib ki, Rusiya komanda məntəqələri, buraxılış qurğuları və radarlar da daxil olmaqla, S-400-ün əsas komponentlərini ən azı beşini itirib.
Hərbi ekspert David Hemblinqin fikrincə, S-400 Rusiya hava hücumundan müdafiə sistemi “premium” sayılır, onun məhv edilməsi və zədələnməsi Rusiyanın hava hücumundan müdafiə şəbəkəsində “dəliklər yaradıb”, sonra bundan istifadə edilib. Bundan əlavə, onun sözlərinə görə, S-400 əvvəllər yaxşı işləyirdi, lakin indi “həssas görünür”.
Hembling vurğulayıb ki, S-400-lərin itirilməsi Rusiyanın Krımdakı hədəflərini Ukraynanın “Storm Shadow” qanadlı raketlərinin hücumlarına qarşı daha həssas edir.
“İndi biz S-400-lərin getdikcə daha çox hədəf alındığı bir tendensiyanın başlanğıcını görə bilərik”, – analitik bildirib.
Bununla belə, onun fikrincə, Rusiya artıq S-400 sistemləri ətrafında müdafiəni gücləndirməyə çalışır.
Kauşal əlavə edib ki, S-400 sistemi də Rusiyanın digər sistemləri, xüsusən də “Buk” hava hücumundan müdafiə sistemi ilə əlaqələndirilir, bu o deməkdir ki, S-400 geri çəkilərsə, “ümumilikdə yerli hava hücumundan müdafiə sistemlərinin funksionallığını pozacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.