QARABAĞDAN MARAQLI DƏNİZÇİ XƏBƏR
22-09-2023, 00:09

Rusiya Hərbi Dəniz Qüvvələri Şimal Donanmasının Sualtı Qüvvələri komandanının müavini, 1-ci dərəcəli kapitan İvan Kovqan Qarabağda atışma zamanı həlak olub. Atəşin azərbaycan ya erməni tərəfindən açıldığı dəqiq bilinmir. Ermənipərəst media atəşin azərbaycan tərəfindən açıldığını ehtimal edir, əsas kimi gətirilən də budur ki, Azərbaycan prezidenti İlham Əliyev kapitan Kovqanın və başqa həlak olan rusiya hərbçilərinin ailələrinə təzminat ödəməyi təklif edib. 52 yaşlı kapitan bölgəmizə üçtərəfli razılıq əsasında gəlib
Bu xəbər bir sıra suallar doğurur:
1. Dağlıq Qarabağda dəniz, göl, ya kanal-zad var ki, hələ hərbi-dəniz və hətta sualtı qüvvələrin komandanı da ora gəlsin və öldürülsün?
2. Kapitan Kovqan ora "dolanmağa" gəlmişdi?
3. Çox yemək adamı az yeməkdən də qoyar.
4. Restoranda qonşu masada məndən daha imkansız qonşumun iki-üç dostu ya rəfiqəsiylə yemək yediyini görüb hesablarını ofisianta mən ödəsəm bu deməkmidir ki, o qədər yeməyi elə mən yemişəm?
5. Ukraynalı yuzerlərin bu xəbərə yazdığı şərhlər daha maraqlı və gülməlidir...
Çingiz Sultansoy
Teref.az